Hindistanda seçki komissiyası rəhbərinin istefasını tələb edən 2 mindən çox etirazçı saxlanılıb
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən...
Ukrayna rəsmilərinin məlumatına görə, səhər saatlarında Rusiya qüvvələrinin Kiyev və ətraf bölgələrə hava hücumları nəticəsində bir uşaq həlak olub, daha beş nəfər yaralanıb.
Şahidlər şəhərdə partlayış səsləri eşitdiklərini bildiriblər.
Kiyev meri Vitali Kliçko “Telegram”da yazıb ki, hücumlar nəticəsində yanğınlar baş verib, fərdi evlərə, mağazaya və anbara ziyan dəyib. Onun sözlərinə görə, şəhərdə iki nəfər yaralanıb.
Kiyev vilayətinin rəhbəri Timur Tkaçenko bildirib ki, Rusiyanın raket və dron hücumu nəticəsində bir uşaq həlak olub, üç nəfər yaralanıb. İnfrastruktur obyektlərinə, evlərə, anbarlara və avtomobillərə də ziyan dəyib.
Ukraynanın rəqəmsal transformasiya naziri Oksana Ferçuk sentyabrın 29-da bildirib ki, ölkə müharibə dövründə qazandığı hərbi təcrübədən və rəqəmsal yeniliklərdən yüksək texnologiyalı ixracı artırmaq üçün istifadə etməyi planlaşdırır.
Onun sözlərinə görə, Ukrayna ABŞ daxil olmaqla bir sıra ölkələr və beynəlxalq qurumlarla əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
“Ukrayna müharibə dövründə dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əhaliyə rəqəmsal xidmətlərin göstərilməsi sahəsində böyük irəliləyiş əldə edib”, — Ferçuk deyib.
O, bu həftənin əvvəlində Vaşinqtona səfər edərək ABŞ-nin iqtisadiyyat, kibertəhlükəsizlik və telekommunikasiya sahələri üzrə rəsmiləri, həmçinin Dünya Bankının yüksək vəzifəli nümayəndələri ilə görüşüb.
“Bu təcrübənin necə tətbiq və təhlil edildiyi, eləcə də hansı sistem üzərində qurulduğu barədə digər ölkələrlə əməkdaşlığa və məsləhətləşmələrə hazırıq”, — nazir əlavə edib.
Ukrayna artıq digər ölkələrə dronlardan müdafiə sistemlərinin qurulmasında kömək edir.
Ferçukun sözlərinə görə, texnologiya sürətlə inkişaf edir və Ukrayna bu təcrübəni mülki sahədə də tətbiq etmək istəyir. O bildirib ki, ölkəyə sərmayə yatırmayan şirkət və dövlətlər yeni sahələrdə baş verən dəyişikliklərdən geri qala bilərlər.
MDB ölkələrinin liderləri əhalinin siyahıyaalınması ilə bağlı qərar qəbul ediblər. BELTA-nın məlumatına görə, sənəddə siyahıyaalınmanın 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirilməsi təklif olunur. Qərar oktyabrın 9-da Türkmənistanda keçirilən iclasda qəbul edilib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı oktyabrın 10-da hücuma məruz qalıb. Səudiyyə Ərəbistanının mülki aviasiya qurumu hadisə nəticəsində bir neçə nəfərin yaralandığını və hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını təsdiqləyib.
Turizm ənənəvi olaraq iqtisadiyyatın qeyri-sabitliyə ən həssas sahələrindən biridir.
ABŞ İranın xam neftinin, neft məhsullarının və neft-kimya məhsullarının xarici bazarlara daşınması ilə əlaqəli 17 gəmiyə və bir sıra şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları nəticəsində iki gün ərzində 70-dən çox insanın həlak olmasından sonra ABŞ-ni sərt tənqid edib. O bildirib ki, Vaşinqton Rusiyanın hücumlarının qarşısını almaq üçün Ukraynaya kifayət qədər yardım göstərmir.
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən çox aksiya iştirakçısını saxlayıb.
ABŞ Prezidenti Donald Trampın Rusiya dizelinə tətbiq olunan sanksiyaları yumşaltmaq qərarından bir gün sonra Rusiyanın Zaporojye şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 3-ü uşaq olmaqla ən azı 17 nəfər həlak olub.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyanın dizel yanacağı ixracına tətbiq olunan sanksiyaları yumşaltmaq qərarını tənqid edib.
Oktyabrın 9-da Sinqapurda hava keyfiyyəti kəskin pisləşib. IQAir platformasının məlumatına görə, yerli vaxtla saat 08:00-da havanın keyfiyyəti indeksi 205-ə çatıb. Bu göstərici sağlamlıq üçün çox zərərli hesab olunur.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada mülki əhaliyə hücumların kəskin artmasını pisləyib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın