canlı Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: iki nəfər ölüb

Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: iki nəfər ölüb
Kral Abdullah Maliyyə Mərkəzi. Ər-Riyad, Səudiyyə Ərəbistanı, 16 oktyabr 2026-cı il.
Reuters

Səudiyyə Ərəbistanının Nəcran bölgəsində AH-6i tipli hərbi helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Qəza nəticəsində iki ekipaj üzvü həlak olub. Bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü, briqada generalı Türki əl-Maliki rəsmi məlumat verib.

⦿ 15:24 | YENİLƏNİB

Səudiyyə Ərəbistanının cənub bölgələrində təhlükə xəbərdarlığı ləğv edilib

Anadolu

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti ölkənin cənub-qərbindəki Nəcran şəhərində və cənub-mərkəzi hissəsindəki Əs-Sulayyil rayonunda təhlükə xəbərdarlığını ləğv edib. Xəbərdarlıqlar Milli Erkən Xəbərdarlıq Platforması vasitəsilə yayımlanıb. Sakinlərə təhlükəsizlik qaydalarına əməl etmək tapşırılıb.

Səlahiyyətli qurumlar hər iki ərazidə təhlükənin sovuşduğunu bildirib. Əhaliyə təhlükəsizlik qaydalarına əməl etməyə davam etmək, toplaşmamaq və çəkiliş aparmamaq tövsiyə olunub. Rəsmilər təhlükənin xarakteri və hər hansı raket və ya pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirilməsi barədə məlumat verməyiblər.

Mülki Müdafiə Xidməti xəbərdarlıq edib ki, raket və PUA-lara qarşı müdaxiləni, eləcə də onların düşdüyü yerləri lentə almaq, bununla bağlı görüntü və məlumatları yaymaq hüquqi məsuliyyət yaradır.

Xəbərdarlıqlar Səudiyyə Ərəbistanı ilə Yəməndəki husi qruplaşması arasında gərginliyin artdığı və krallığın ərazisinə raket və dron hücumlarının həyata keçirildiyi bir vaxtda verilib.

⦿ 14:10 | YENİLƏNİB

İran ABŞ-ni Hörmüz boğazı ilə bağlı təklifini qəbul etməyə çağırıb

Reuters

İranın xarici işlər naziri Abbas Əraqçi oktyabrın 18-də yerli mediaya açıqlamasında bildirib ki, Hörmüz boğazının yeddi gün ərzində yenidən açılması ilə bağlı ABŞ-yə təqdim edilən təklif hələ də qüvvədədir.

Onun sözlərinə görə, Vaşinqton Tehranın şərtlərini qəbul edərsə, strateji əhəmiyyətli boğaz altı gün ərzində açılacaq, yeddinci gün isə ABŞ ilə İran arasında danışıqlar bərpa olunacaq.

İranın xarici işlər naziri Abbas Əraqçi İranın Yeni Dehlidəki səfirliyində mətbuat konfransında. Hindistan, 15 may 2026-cı il.
Reuters

⦿ 13:50 | YENİLƏNİB

Misir Səudiyyə Ərəbistanına hərtərəfli dəstək vəd edib

Reuters

Misir Səudiyyə Ərəbistanının təhlükəsizliyini və sabitliyini qorumaq üçün bu ölkəyə bütün zəruri və mümkün dəstəyi göstərəcək.

Bu barədə Misir Prezident Administrasiyası məlumat yayıb.

⦿ 13:45 | YENİLƏNİB

İran parlamenti yeni müdafiə nazirini təsdiqləyib

Reuters

İran parlamenti aerokosmik sənaye sahəsində uzunillik təcrübəsi olan Mehrdad Əxlaqi Ketabçini müdafiə naziri vəzifəsinə təsdiqləyib.

Bununla da Müdafiə Nazirliyinə bir neçə ay davam edən müvəqqəti rəhbərlik dövrü başa çatıb.

İranın Aerokosmik Sənaye Təşkilatının keçmiş rəhbəri Ketabçi ölkənin müdafiə sənayesində istehsal və hərbi təchizatın satın alınması sahələrinə rəhbərlik edəcək.

⦿ 12:06 | YENİLƏNİB

Səudiyyə Ərəbistanı uçuşları ləğv edilən vətəndaşlarına yardım göstərəcək

Səudiyyə Ərəbistanının Birləşmiş Krallıqdakı səfirliyi ölkəyə qayıdış reysləri ləğv edilən vətəndaşlarına yardım göstərəcəyini açıqlayıb.

Bildirilib ki, oktyabrın 18-də saat 11:00-dan 21:00-dək “Saudia” aviaşirkətinin nümayəndələri səfirlikdə sərnişinlərə lazımi dəstək göstərəcəklər.

Səfirlik uçuşları ləğv edilən vətəndaşlarını göstərilən saatlarda yardım almaq üçün diplomatik nümayəndəliyə müraciət etməyə çağırıb.

⦿ 11:58 | YENİLƏNİB

BƏƏ sahillərində gəmiyə hücum olub

Birləşmiş Krallığın Hərbi Dəniz Qüvvələri ilə əlaqəli Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) oktyabrın 18-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xor-Fəkkən şəhərinin şimal-şərqində insident baş verdiyi barədə məlumat aldığını bildirib.

UKMTO-nun məlumatına görə, cənub istiqamətində hərəkət edən yedək gəmisinə iki naməlum mərmi düşüb.

Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb, gəmiyə ziyan dəyib. Buna baxmayaraq, gəmi marşrutu üzrə hərəkətini davam etdirir.

⦿ 11:42 | YENİLƏNİB

Yəmənin cənubunda səkkiz hərbçi həlak olub

Anadolu

Yəmənin cənubundakı Ləhc əyalətində husilərlə döyüşlərin davam etdiyi bir vaxtda səkkiz hərbçi həlak olub. Bu barədə Yəmən ordusu oktyabrın 17-də axşam saatlarında məlumat yayıb.

Orduya bağlı Tur əl-Bahə Hərbi Bölgəsinin açıqlamasına görə, hərbçilər Ləhc əyalətindəki Əl-Məqatirə cəbhəsində həlak olublar.

Açıqlamada hadisənin təfərrüatları barədə məlumat verilməyib. Husilər isə hələlik məsələyə münasibət bildirməyiblər.

⦿ 11:30 | YENİLƏNİB

Səudiyyə Ərəbistanında helikopter qəzasında iki ekipaj üzvü həlak olub

Reuters

Səudiyyə Ərəbistanının Milli Qvardiya Nazirliyinin məlumatına görə qurumun nəzarətində olan helikopter qəzaya uğrayıb.

Husilərin hərbi sözçüsü Yəhya Səri oktyabrın 17-də “X” platformasında bildirib ki, qruplaşma Nəcran yaxınlığında Səudiyyə Ərəbistanına məxsus “Apache” helikopterini vurub. Onun iddiasına görə, helikopter sərhəd bölgəsində husilərin mövqelərinə qarşı hücum əməliyyatları həyata keçirirmiş.

Tərəflərin eyni helikopterdən bəhs etdiyi hələlik məlum deyil.

Teqlər