ABŞ investorları Qarabağ və Şərqi Zəngəzurla niyə maraqlanırlar?
ABŞ investorları Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində investisiya qoyuluşu imkanlarını araşdırırlar. Ərazilərdə aparılan...
Asiyada gərginlik artır. Şimali Koreya hərbi qarşıdurma ilə hədələyir, Çinin ABŞ və Filippinlə münasibətləri gərginləşir, İndoneziya və Hindistanda isə etirazlar genişlənir. Hərbi təhdidlər, diplomatik mübahisələr və siyasi narazılıqlar regionda qeyri-müəyyənliyi artırır.
Cənubi Koreya bəyan edib ki, Şimali Koreya sərhəd boyunca əlavə silahlar yerləşdirərsə və ya səsgücləndiricilər vasitəsilə yayımları bərpa edərsə, buna sərt cavab verəcək.
Seul sərhəddə xəbərdarlıq atəşi açılmasını qanuni təhlükəsizlik tədbiri kimi qiymətləndirib və Pxenyanı sərhədi dəfələrlə pozmaqda ittiham edib.
Ekspertlər xəbərdarlıq edirlər ki, gərginliyin artması və ya tərəflərdən birinin vəziyyəti yanlış qiymətləndirməsi hərbi toqquşmaya səbəb ola bilər.
Çin Cənubi Çin dənizində mübahisəli Sabina rifi yaxınlığındakı sulara icazəsiz daxil olduğunu iddia etdiyi ABŞ hərbi gəmisini izləmək üçün hərbi dəniz qüvvələrini bölgəyə göndərib.
Pekin Vaşinqtonu regionun təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edib. Filippin isə ABŞ gəmisinin beynəlxalq sulardan keçmək hüququnu müdafiə edib.
Bundan əlavə, Tayvan Pratas adaları yaxınlığında Çin Sahil Mühafizəsinə məxsus gəmi ilə qarşıdurma yaşandığını bildirib.
İndoneziyada Prezident Prabovo Subiantonun vəzifəyə başlamasının ikinci ildönümündə keçiriləcək etiraz aksiyaları ərəfəsində Cakartada təxminən 9 500 polis əməkdaşı səfərbər edilir.
Tələbələrin təşkil etdiyi aksiyalarda iqtisadi çətinliklərə, meşə yanğınlarına və yaşayış xərclərinin kəskin artmasına etiraz ediləcəyi gözlənilir.
Bu arada, Prabovo Subiantoya ictimai dəstək ötən ilin noyabrındakı 81,2 faizdən 44,5 faizə düşüb.
Filippin Çin səfirinin Pekinin hərbi qarşıdurmada Manilanı asanlıqla məğlub edə biləcəyinə dair açıqlamasından sonra onu Xarici İşlər Nazirliyinə çağırıb.
Filippin rəsmiləri səfirin açıqlamasını “təxribat xarakterli və qəbuledilməz” adlandırıblar.
Çin isə tənqidləri rədd edərək səfirin sözlərinin kontekstdən çıxarıldığını bildirib.
Bu mübahisə Cənubi Çin dənizindəki ərazi mübahisələri səbəbindən onsuz da gərgin olan ikitərəfli münasibətləri daha da kəskinləşdirib.
Oktyabrın 19-da “Tarakan Xalq Partiyası”nın (CJP) liderləri Aşutoş Ranka və Saurav Dasın həbs müddəti xüsusi icraçı magistratın qərarı ilə daha iki gün uzadılıb.
Hindistan məhkəməsi oktyabrın 17-də “Tarakan Xalq Partiyası”nın təsisçisi Abhicet Dipkenin azadlığa buraxılması barədə qərar qəbul edib.
Dipke Yeni Dehlidə etiraz aksiyası təşkil etməyə cəhd göstərdiyi üçün saxlanılmışdı. Məhkəmə qərarı onun saxlanılmasından bir gün sonra verilib.
Hərəkatın fəalları demək olar ki, hər gün etiraz aksiyaları keçirərək Hindistanın seçki komissiyasının rəhbərinin istefasını tələb edirlər.
Etirazçılar seçici siyahılarında aparılan mübahisəli dəyişikliklərin Baş nazir Narendra Modinin rəhbərlik etdiyi hakim partiyanın xeyrinə olduğunu iddia edirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
Birləşmiş Krallıq və Avropa İttifaqı (Aİ) ticarəti asanlaşdırmaq, gənclər üçün yeni imkanlar yaratmaq və iqtisadi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu saziş “Brexit”dən sonra tərəflər arasında münasibətlərin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Beynəlxalq Ədalət Məhkəməsi noyabrın 19-da Myanmanın 2017-ci ildə rohinca müsəlmanlarına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı soyqırımı törətdiyinə dair qərar qəbul edib. Bununla da BMT-nin ali məhkəmə orqanı tarixdə ilk dəfə bir dövləti soyqırımı törətməkdə birbaşa məsuliyyətli hesab edib.
BMT-nin Antalyada keçirilən iqlim konfransında (COP31) noyabrın 22-də yekun siyasi bəyannamə qəbul olunmayıb. Avropa İttifaqı və bir sıra digər tərəflər iqlim dəyişikliyi ilə mübarizədə növbəti addımları müəyyənləşdirən layihəni rədd ediblər.
“SpaceX” ABŞ Kosmik Qüvvələrinin məxfi missiyası üçün “Falcon 9” raketini Kaliforniyadakı Vandenberq bazasından buraxıb.
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən keçib. Yayılan məlumata görə, bu, Donald Trampın Ağ Evə qayıtmasından sonra bölgədə qeydə alınan ilk böyük miqrant karvanı olub.
ABŞ-nin Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson immiqrasiya xidməti əməkdaşlarının Sietl–Takoma Beynəlxalq Hava Limanında iki sərnişini saxlamasını pisləyib.
Belçikada hökumətin qənaət tədbirlərinə qarşı noyabrın 23-nə planlaşdırılan ümummilli tətil səbəbindən Brüssel hava limanına gələn və oradan yola düşən reyslərin əksəriyyəti ləğv oluna bilər. Hava hərəkəti dispetçerlərinin bir hissəsi tətilə qoşulacaq.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın