Meksikada 2 minə yaxın miqrant ABŞ sərhədinə doğru yola çıxıb
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən...
Çinin Şencen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti keçirilir. Region liderləri iki gün ərzində ticarət, texnologiya və regional əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Sammitin ən çox diqqət çəkən məqamlarından biri Çin Sədri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin ilk üçtərəfli görüşü olacaq.
Sammit çərçivəsində tədbirlər artıq başlayıb. Si Cinpin noyabrın 18-də APEC-in Biznes Liderləri Sammitinin açılışında əsas nitqlə çıxış edib. Onun daha sonra xarici liderlərin şərəfinə ziyafət verməsi gözlənilir.
Putin noyabrın 18-də yerli vaxtla saat 02:00-dan bir qədər sonra Şencenə gedib. Onu Çinin yüksəkvəzifəli rəsmisi Tsay Tsi qırmızı xalça ilə qarşılayıb. Asiya səfərinə Filippindən başlayan Tramp da həmin gün Şencenə gedib.
APEC 21 iqtisadiyyatı birləşdirir və qərarlar konsensus əsasında qəbul olunur. Üzvlərin üzərinə götürdüyü öhdəliklər könüllüdür və hüquqi baxımdan məcburi qüvvəyə malik deyil. Çin 2001-ci ildə Şanxayda, 2014-cü ildə isə Pekində keçirilən sammitlərdən sonra üçüncü dəfə APEC-ə ev sahibliyi edir.
Builki sammitin əsas mövzusu ümumi rifah naminə Asiya-Sakit okean regionunda ortaq gələcəyə malik birliyin yaradılmasıdır.
Biznes nümayəndələri də sammitdə mühüm rol oynayırlar. APEC-in Biznes Liderləri Sammitinə “Fortune Global 500” siyahısında yer alan 115 şirkətin təmsilçilərinin qatılacağı gözlənilir. Tədbirdə biznes, hökumət və media qurumlarından 2 mindən çox nümayəndə iştirak edir.
Müzakirələrdə əsas diqqət süni intellekt, təmiz enerji, təchizat zəncirləri və azad ticarət məsələlərinə yönələcək. Yaxın Şərqdəki münaqişələrin iqtisadi nəticələri, xüsusilə enerji təhlükəsizliyinə, inflyasiyaya və qlobal ticarətə təsiri də gündəlikdə olacaq.
Sammitin ən çox diqqət çəkən hadisələrindən biri noyabrın 19-da Çin Sədri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək ilk üçtərəfli görüşdür. Çinin Xarici İşlər Nazirliyi görüşün baş tutacağını təsdiqləyib
Pekin görüşü qlobal sülh və sabitlik baxımından tarixi hadisə kimi qiymətləndirib. Lakin danışıqların gündəliyi barədə hələlik ətraflı məlumat verilməyib.
Tramp görüşdə Ukraynadakı müharibənin müzakirə oluna biləcəyini bildirib. O, həmçinin Şimali Koreya lideri Kim Çen Inla görüşə biləcəyini istisna etməyib.
Analitiklər görüşdən böyük nəticələr gözləmirlər. Onların fikrincə, liderlər dənizdə rabitə kanallarının açıq saxlanılması və nüvə müharibəsinə yol verilməməsi prinsipinin yenidən təsdiqlənməsi kimi ortaq məsələlərə diqqət yetirə bilərlər.
Sammit çərçivəsində digər diplomatik görüşlər də diqqət mərkəzində olacaq. Xüsusilə Çin və ABŞ arasında nadir torpaq elementlərinin tədarükü, süni intellekt və gömrük rüsumları ilə bağlı fikir ayrılıqlarının müzakirəsi gözlənilir.
Yaponiyanın Baş naziri Sanae Takaiçinin də Tokio ilə Pekin arasında münasibətlərin gərginləşdiyi bir vaxtda sammitə qatılacağı gözlənilir.
Şencendə yüksək səviyyəli sammitə hazırlıq bir neçə aydır davam edir. Quandun əyalətinin müxtəlif bölgələrindən şəhərə əlavə polis qüvvələri cəlb olunub. Dron uçuşları məhdudlaşdırılıb, nəqliyyatın hərəkətinin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi üçün müvəqqəti tədbirlər görülüb.
Sammit Pekinə regional əməkdaşlıq və diplomatiya sahəsində yanaşmasını nümayiş etdirmək imkanı yaradır. Dünyanın ən böyük nüvə arsenallarına malik üç ölkənin – ABŞ, Rusiya və Çinin liderləri Şencendə bir araya gəlirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Birləşmiş Krallıq və Avropa İttifaqı (Aİ) ticarəti asanlaşdırmaq, gənclər üçün yeni imkanlar yaratmaq və iqtisadi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu saziş “Brexit”dən sonra tərəflər arasında münasibətlərin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə keçirilən, insan müdaxiləsi olmadan və ya məhdud nəzarətlə işləyə bilən silahlarla bağlı danışıqları başa çatıb. İştirakçılar 2028-ci ilədək yeni qaydaların hazırlanması üçün müzakirələri davam etdirməyə razılaşıblar.
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən keçib. Yayılan məlumata görə, bu, Donald Trampın Ağ Evə qayıtmasından sonra bölgədə qeydə alınan ilk böyük miqrant karvanı olub.
ABŞ-nin Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson immiqrasiya xidməti əməkdaşlarının Sietl–Takoma Beynəlxalq Hava Limanında iki sərnişini saxlamasını pisləyib.
Belçikada hökumətin qənaət tədbirlərinə qarşı noyabrın 23-nə planlaşdırılan ümummilli tətil səbəbindən Brüssel hava limanına gələn və oradan yola düşən reyslərin əksəriyyəti ləğv oluna bilər. Hava hərəkəti dispetçerlərinin bir hissəsi tətilə qoşulacaq.
BMT-nin Antalyada keçirilən iqlim konfransında (COP31) noyabrın 22-də yekun razılaşma layihəsi açıqlanıb.
Baltik dənizində PUA zərbələrinə məruz qalan Rusiyanın “Sparta II” yük gəmisində yanğının söndürülməsi səylərinə baxmayaraq, alov bütün gecə davam edib. Bu barədə Finlandiya Sahil Mühafizəsi noyabrın 22-də məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın