Rusiyanın hərbi gəmisi Liviyada ehtimal olunan dron hücumundan sonra batıb
Liviyanın şərqindəki Benqazi hərbi dəniz bazasına ehtimal olunan dron hücumu nəticəsində Rusiyaya məxsus döyüş gəmisinin böyük hissəsi suya batıb....
Hindistanın Ermənistana idarəolunan “Pinaka” raketləri tədarükü yenidən diqqət mərkəzinə düşüb. Hərbi ekspertlər bu silahların Ermənistanın hərbi imkanlarına və regional təhlükəsizliyə mümkün təsirlərini təhlil edirlər.
Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin müdafiə naziri Racnat Sinq yanvarın 18-də Naqpur şəhərində yerləşən “Solar Defence and Aerospace Limited” (SDAL) şirkətinin müəssisəsində Ermənistana idarəolunan “Pinaka” raketlərinin ilk partiyasının göndərilməsi prosesinə start verib.
Mətbuatın məlumatına görə, ilk partiya 1000 raketdən ibarətdir. Lakin Hindistan Müdafiə Nazirliyi raketlərin göndərilməsini təsdiqləsə də, onların dəqiq sayını açıqlamayıb.
Raketlər Ermənistanın daha əvvəl sifariş etdiyi artilleriya sistemləri və döyüş sursatlarını əhatə edən müqavilə çərçivəsində tədarük edilir. Onlar Ermənistan ordusunun istifadəsində olan “Pinaka” yaylım atəşli reaktiv sistemləri üçün nəzərdə tutulub.
Bu tədarük Hindistanın dünyanın əsas silah təchizatçılarından birinə çevrilmək məqsədini əks etdirir. Eyni zamanda, Ermənistana ənənəvi silah təchizatı mənbələrindən asılılığını azaltmağa və hərbi satınalmalarını şaxələndirməyə imkan yaradır.
Məlumatlara görə, idarəolunan raketlər təxminən 20 milyard rupi (240–250 milyon ABŞ dolları) dəyərində olan silah müqaviləsi çərçivəsində tədarük edilir. Müqaviləyə dörd “Pinaka” batareyası, döyüş sursatları və yardımçı avadanlıqların daxil olduğu bildirilir. Lakin onun dəqiq dəyəri rəsmi olaraq açıqlanmayıb.
“Pinaka” sistemi Hindistan ordusu üçün ölkənin Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanıb. Sonrakı illərdə atəş məsafəsini artırmaq, dəqiqliyini və döyüş imkanlarını yaxşılaşdırmaq məqsədilə sistem bir neçə dəfə təkmilləşdirilib.
Məlumatlara əsasən, buraxılış qurğuları və idarəolunmayan raketlər Ermənistana 2023–2024-cü illərdə göndərilib. Beləliklə, sonuncu partiya yeni silah alışının başlanğıcı deyil, daha əvvəl tədarük edilmiş sistemlərin döyüş sursatı ilə təminatının davamıdır.
“Defence Security Asia” nəşrinin təhlilinə görə, son tədarüklər yeni silah paketindən daha çox Ermənistanın mövcud hərbi modernləşdirmə proqramının davamı kimi qiymətləndirilməlidir.
İdarəolunan “Pinaka” raketlərinin atəş məsafəsi versiyasından asılı olaraq təxminən 75-80 kilometrdir. Bu silahlar standart idarəolunmayan raketlərlə müqayisədə daha uzaqdakı hədəflərə dəqiq zərbə endirməyə imkan verir.
Hərbi ekspertlərin fikrincə, bu sistemlər Ermənistan ordusuna uzaq məsafədəki hədəfləri vurmağa və bəzi əməliyyatlarda döyüş təyyarələrindən asılılığı azaltmağa kömək edə bilər.
Bununla belə, mütəxəssislər vurğulayırlar ki, idarəolunan raketlərin mövcudluğu onların döyüş şəraitində səmərəli tətbiqinə zəmanət vermir.
“Defence Security Asia” nəşrinin təhlilinə görə, əsas məsələ Ermənistana neçə raketin çatdırılması deyil, onun bu raketləri kəşfiyyat, hədəflərin müəyyənləşdirilməsi, rabitə, komandanlıq və maddi-texniki təminat sistemlərinə nə dərəcədə səmərəli inteqrasiya edə bilməsidir.
Raketlərin dəqiqliyi hədəflər barədə etibarlı məlumatdan asılıdır. Kəşfiyyat məlumatları natamam olduqda, rabitə pozulduqda və ya hədəf zərbədən əvvəl yerini dəyişdikdə, hətta ən dəqiq sursatlar belə gözlənilən nəticəni verməyə bilər.
İlk partiyanın 1000 idarəolunan raketdən ibarət olduğu bildirilir. Bu rəqəm Ermənistanın əhəmiyyətli döyüş sursatı ehtiyatına malik ola biləcəyini göstərir.
Standart “Pinaka” batareyası, adətən, altı buraxılış qurğusundan ibarətdir. Sursatın növündən asılı olaraq, hər qurğu 8–12 raket daşıya bilər. Bu da qısa müddətdə intensiv atəş açmağa imkan verir.
Ermənistan sifariş etdiyi dörd batareyanın hamısından standart konfiqurasiyada istifadə edərsə, qeyd olunan ehtiyat ilk atəşdən sonra qurğuların bir neçə dəfə yenidən doldurulmasına kifayət edə bilər.
Lakin analitiklər bildirirlər ki, böyük sursat ehtiyatına malik olmaq hərbi əməliyyatları uzun müddət davam etdirmək imkanına zəmanət vermir.
Bu sursatların hərbi əhəmiyyəti şəxsi heyətin hazırlığından, texniki xidmətin səviyyəsindən, sursat təminatının davamlılığından, buraxılış qurğularının qorunmasından, eləcə də ekipajların, ehtiyat hissələrinin və yardımçı nəqliyyat vasitələrinin mövcudluğundan asılıdır.
Döyüş şəraitində sursatların düzgün bölüşdürülməsi, qorunması və vaxtında çatdırılması da mühüm əhəmiyyət daşıyır.
“Defence Security Asia” nəşrinin təhlilinə görə, buraxılış qurğularının hərəkətliliyi və raketlərin yüksək dəqiqliyi onları düşmənin müşahidə sistemlərindən, radioelektron mübarizə vasitələrindən, təchizatın pozulmasından və cavab artilleriya zərbələrindən tam qoruya bilmir.
“Pinaka” raketlərinin tədarükü Hindistan və Ermənistan arasında müdafiə əməkdaşlığını genişləndirir və Ermənistan artilleriyasının maddi-texniki bazasını gücləndirir.
Lakin hərbi ekspertlərin fikrincə, əsas göstərici ixrac edilən raketlərin sayı deyil, Ermənistanın yüksək dəqiqlikli zərbə əməliyyatlarını uzun müddət davam etdirə bilməsidir.
Bu isə şəxsi heyətin hazırlığından, maddi-texniki təminatdan, buraxılış qurğularının qorunmasından və döyüş sursatı ehtiyatlarının davamlı olaraq tamamlanmasından asılıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşüb. Görüşdə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq, Cənubi Qafqazda sülh gündəliyi və TRIPP nəqliyyat dəhlizinin perspektivləri müzakirə olunub.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Beynəlxalq Ədalət Məhkəməsi noyabrın 19-da Myanmanın 2017-ci ildə rohinca müsəlmanlarına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı soyqırımı törətdiyinə dair qərar qəbul edib. Bununla da BMT-nin ali məhkəmə orqanı tarixdə ilk dəfə bir dövləti soyqırımı törətməkdə birbaşa məsuliyyətli hesab edib.
Avropanın müxtəlif ölkələrində tələbələr və işçilər noyabrın 20-də küçələrə çıxaraq maaşların artırılmasını, münasib qiymətə mənzillərin əlçatan olmasını, təhsilə və dövlət xidmətlərinə daha çox vəsait ayrılmasını tələb ediblər. Etirazçılar hərbi xərclərin artırılmasına da qarşı çıxıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşüb. Görüşdə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq, Cənubi Qafqazda sülh gündəliyi və TRIPP nəqliyyat dəhlizinin perspektivləri müzakirə olunub.
İranın “Bəsic” qüvvələri rəhbərinin müavini, briqada generalı Qasım Qureyşi bildirib ki, ABŞ qüvvələrinin İrandan min və ya iki min kilometr uzaqlaşması onların təhlükəsizliyinə zəmanət vermir.
İsrail ordusu və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranla mümkün qarşıdurmaya hazırlıq məqsədilə birgə hərbi planlar hazırlamaq barədə razılığa gəliblər. Bu barədə İsrailin “Channel 13” telekanalı noyabrın 21-də məlumat yayıb.
ABŞ investorları Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində investisiya qoyuluşu imkanlarını araşdırırlar. Ərazilərdə aparılan bərpa-quruculuq işləri, kənd təsərrüfatının müasirləşdirilməsi və yeni nəqliyyat əlaqələrinin yaradılması xarici şirkətlər üçün biznes imkanları yaradır.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın