Meksikada 2 minə yaxın miqrant ABŞ sərhədinə doğru yola çıxıb
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən...
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağ hərəkatından imtina etdiyini bildirib. O, Azərbaycanla barışın davamlı olması üçün sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.
Paşinyan bu fikirləri noyabrın 18-də Milli Assambleyada deputatların suallarını cavablandırarkən səsləndirib.
Müxalif Güclü Ermənistan partiyasının deputatı Paşinyanı müharibədə hərbçilərin həlak olmasına görə günahlandırıb. Baş nazir cavabında bildirib ki, “Qarabağ hərəkatı” davam etdikcə gənc ermənilər Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində həlak olacaqlar.
“Ermənistan “Qarabağ hərəkatı”ndan imtina edir, biz heç nədə güzəştə getməmişik”, – deyə o bildirib.
Paşinyan Ermənistanın “Qarabağ hərəkatı”ndan imtina etdiyini bildirib və hökumətinin Azərbaycana güzəştə getməsi barədə ittihamları rədd edib. Onun sözlərinə görə, hökumətin siyasəti Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə məhdudlaşır.
“Biz heç nədə güzəştə getməmişik və getməyəcəyik”, – deyə Paşinyan bildirib.
Paşinyan parlamentin təsdiqlədiyi Azərbaycan və Ermənistan sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni xatırladıb. Onun sözlərinə görə, noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə əvvəlki razılaşmalar bir daha təsdiqlənib. Həmin razılaşmaları sərhəd komissiyaları həyata keçirməlidir.
Baş nazir bildirib ki, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi üzrə dəmir yolu, avtomobil yolu və boru kəmərinin çəkilməsi üçün Ermənistanın cənubunda sərhəd müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, yeni dəmir yolu Azərbaycanın mövcud dəmir yolu şəbəkəsinə birləşdirilməli, texniki məsələlər isə üçtərəfli işçi qrupunda razılaşdırılmalıdır.
Noyabrın 6-da Ermənistan, ABŞ və Azərbaycan nəqliyyat və elektrik enerjisinin ötürülməsi üzrə texniki işçi qrupları yaratmaq barədə razılığa gəlib.
Paşinyan bildirib ki, Ermənistan üçün əsas məsələ qonşuları Azərbaycan və Türkiyə ilə sülhə nail olmaqdır. O vurğulayıb ki, hökuməti bu ölkələrlə münasibətlər qurduğuna görə səslənən tənqidlərdən çəkinməyəcək.
“Məsələn, Yeni Zelandiya ilə dönməz və davamlı sülhə nail olmaq üçün böyük istedad tələb olunmur”, – deyə o bildirib.
Paşinyan Ermənistan vətəndaşlarının böyük əksəriyyətinin referendumda yeni Konstitusiyanı dəstəkləyəcəyinə əmin olduğunu bildirib. Onun fikrincə, hazırkı Konstitusiya münaqişənin təsiri altında hazırlanıb. Yeni Konstitusiya isə sülhə xidmət etməlidir.
Baş nazir müxalifətin yeni Konstitusiyanın Azərbaycanın tələbi ilə hazırlandığına dair iddiasını rədd edib. O bildirib ki, hökumət bu məsələni səkkiz il əvvəl gündəmə gətirib.
Paşinyan bildirib ki, Azərbaycan və Ermənistan sərhəddən keçən çaylardan istifadə üçün ortaq qaydalar müəyyən etməlidir. O, Ermənistanla Türkiyənin Axuryan su anbarı üzrə əməkdaşlığını nümunə göstərib. Baş nazirin sözlərinə görə, çaylardan istifadə məsələsi üzrə işçi qrupları yaradılır və onların ilk görüşü hələ keçirilməyib.
Daha ətraflı:
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Birləşmiş Krallıq və Avropa İttifaqı (Aİ) ticarəti asanlaşdırmaq, gənclər üçün yeni imkanlar yaratmaq və iqtisadi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu saziş “Brexit”dən sonra tərəflər arasında münasibətlərin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə keçirilən, insan müdaxiləsi olmadan və ya məhdud nəzarətlə işləyə bilən silahlarla bağlı danışıqları başa çatıb. İştirakçılar 2028-ci ilədək yeni qaydaların hazırlanması üçün müzakirələri davam etdirməyə razılaşıblar.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
İraqın Bəsrə şəhərindəki “Əl-Harta” elektrik stansiyasında baş verən yanğında azı 4 nəfər ölüb, 35 nəfər yaralanıb. Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, ölənlərin sayı arta bilər.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran ABŞ ilə müharibəyə diplomatik yolla son qoymağa hələ də ümid edir. Onun sözlərinə görə, İran yeni müharibənin qarşısını alacaq razılaşma əldə etməyə çalışır.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Qırğızıstan və Türkmənistan Çin, Mərkəzi Asiya, Xəzər regionu və Avropanı birləşdirəcək yeni multimodal nəqliyyat dəhlizinin yaradılmasını müzakirə ediblər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın