Ankaradan Qara dənizdə gəmiçilik və taxıl ixracını qorumaq üçün yeni təşəbbüs
Türkiyə Qara dənizdə ticarət gəmilərinin və kənd təsərrüfatı məhsullarının daşınmasının təhlükəsizliyini təmin etmək üçün yeni mexanizm hazırlayır. Bu...
İspaniyanın “Barselona” futbol klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la qarşılaşmaq üçün Azərbaycana gəlib.
Noyabrın 23-də axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enən komandanı azərbaycanlı azarkeşlər qarşılayıblar.
Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçiriləcək oyun noyabrın 25-də Bakı Olimpiya Stadionunda saat 21:45-də başlayacaq.
Bakı səfəri “Barselona”nın Avropa turnirləri tarixində ən uzaq səfəridir. Azərbaycan paytaxtı Barselona şəhərindən təxminən 3 970 kilometr məsafədə yerləşir.
Baş məşqçi Hans-Diter Flikin rəhbərlik etdiyi komanda noyabrın 24-də axşam saatlarında Bakı Olimpiya Stadionunda məşq edəcək.
Klub Bakıya 22 futbolçu ilə gəlib. Hücumçu Lamin Yamal ayaq biləyindəki yüngül zədə səbəbindən İspaniyada qalıb. Onun yoxluğunda Rafinya, Entoni Qordon və Karim Adeyeminin komandanın hücum xəttində əsas rol oynayacağı gözlənilir.
“Barselona” keçirdiyi dörd oyunda üç qələbə və bir məğlubiyyətlə 9 xal toplayaraq turnir cədvəlində beşinci pillədə qərarlaşıb. Komandanın top fərqi +8-dir.
Kataloniya klubu “play-off” oynamadan birbaşa 1/8 finala vəsiqə qazanmaq üçün ilk səkkizlikdəki yerini qorumağa çalışır.
“Sabah” isə dörd oyunda bir qələbə və üç məğlubiyyətlə 3 xal toplayıb. Azərbaycan təmsilçisi −6 top fərqi ilə 31-ci pillədə qərarlaşıb.
Azərbaycan çempionu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak edir və ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirir.
Qarşılaşma Azərbaycanda böyük marağa səbəb olub. Məlumata görə, oyun üçün 62 minə yaxın bilet satılıb.
Təxminən 68 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu 2019-cu ildə UEFA Avropa Liqasının finalına, həmçinin AVRO-2020-nin bir sıra oyunlarına ev sahibliyi edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.
Rusiya Estoniyanı bir sıra düşmənçilik xarakterli addımlar atmaqda ittiham edib və bu addımların “açıq müharibəyə” səbəb ola biləcəyi barədə xəbərdarlıq yayıb. Açıqlama Estoniya hökumətinin Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlamaq qərarından sonra yayılıb.
Ermənistan parlamentindəki iki müxalifət fraksiyası yeni Konstitusiya layihəsinin referenduma çıxarılmasına yenidən dəstək verməyib. Hakim “Vətəndaş müqaviləsi” partiyası bildirib ki, referendum üçün çatışmayan altı səs toplanmasa, növbədənkənar parlament seçkiləri keçiriləcək.
Cənubi Koreya noyabrın 24-də Rusiya hərbi təyyarələri ölkənin hava məkanına yaxınlaşdıqdan sonra qırıcılarını havaya qaldırıb. Hərbçilərin məlumatına görə, Rusiya təyyarələri ölkənin hava məkanına daxil olmayıb. Ullın adasının sakinlərinə sığınacaqlara keçmək barədə xəbərdarlıq edilib.
Ukrayna Prezidenti Volodimir Zelenski və yerli rəsmilərin məlumatına görə, noyabrın 22-də Rusiyanın Kiyev vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələr nəticəsində azı dörd nəfər həlak olub.
Türkiyə Qara dənizdə ticarət gəmilərinin və kənd təsərrüfatı məhsullarının daşınmasının təhlükəsizliyini təmin etmək üçün yeni mexanizm hazırlayır. Bu barədə noyabrın 23-də ölkənin BMT-dəki səfiri Əhməd Yıldız məlumat verib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin Münaqişələrdə Cinsi Zorakılıq üzrə Xüsusi Nümayəndəsi Pramila Patten noyabrın 23-də Madriddə keçirilən sammitdə beynəlxalq ictimaiyyəti əfqan qadınları və qızları üçün ədalətin təmin edilməsi istiqamətində səyləri artırmağa çağırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib. Görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik, nəqliyyat və enerji layihələri müzakirə olunub.
Dron hücumları nəticəsində Rusiyanın bir sıra neft emalı zavodları fəaliyyətini dayandırıb. Qiymət məlumatları üzrə ixtisaslaşan “Argus” agentliyinin məlumatına görə, zavodlarda plandankənar təmir işlərinin aparılması Qırğızıstan və Tacikistana qış dizeli tədarükünün kəskin azalmasına səbəb olub.
Gürcüstan elektrik enerjisi istehsal gücünü artırmaq və regional enerji bazarındakı mövqeyini möhkəmləndirmək üçün Qara dəniz sualtı elektrik kabeli layihəsi vasitəsilə Avropaya enerji ixrac etmək planlarını sürətləndirir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın