Ankaradan Qara dənizdə gəmiçilik və taxıl ixracını qorumaq üçün yeni təşəbbüs
Türkiyə Qara dənizdə ticarət gəmilərinin və kənd təsərrüfatı məhsullarının daşınmasının təhlükəsizliyini təmin etmək üçün yeni mexanizm hazırlayır. Bu...
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin Münaqişələrdə Cinsi Zorakılıq üzrə Xüsusi Nümayəndəsi Pramila Patten noyabrın 23-də Madriddə keçirilən sammitdə beynəlxalq ictimaiyyəti əfqan qadınları və qızları üçün ədalətin təmin edilməsi istiqamətində səyləri artırmağa çağırıb.
Dördüncü “HearUs” Sammitində çıxış edən Patten bildirib ki, Əfqanıstan hakimiyyətinin tətbiq etdiyi məhdudiyyətlər qadınların təhsilə, məşğulluğa və ədalət mühakiməsinə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb və bu, ölkə üzrə təxminən 20 milyon qadın və qıza təsir göstərib.
BMT rəsmisinin sözlərinə görə, Əfqanıstan hakimiyyəti tərəfindən 2026-cı ilin iyun ayınadək insan hüquqlarına təsir edən 264 fərmandan 166-sı bilavasitə qadınların və qızların hüquqlarını hədəf alıb.
Patten bu pozuntuların bəzilərinin insanlığa qarşı cinayətlər səviyyəsinə çata biləcəyi barədə xəbərdarlıq edib.
BMT rəsmisi təşkilatdakı maliyyə məhdudiyyətlərinin və bunun ardınca gələn ştat ixtisarlarının Əfqanıstan üzrə Müstəqil İstintaq Mexanizminin işinə xələl gətirə biləcəyindən narahatlığını ifadə edib.
Bu mexanizm 2025-ci ilin oktyabrında BMT-nin İnsan Hüquqları Şurası tərəfindən beynəlxalq cinayətlərə dair sübutları toplamaq, qorumaq və cinayət təqibini asanlaşdırmaq məqsədilə yaradılıb.
Qurbanlar üçün ədalətin təmin olunmasının vacibliyini vurğulayan Patten deyib: “Heç bir əfqan qadınından siyasi cəhətdən əlverişli məqam yaranana qədər ədaləti gözləməsi tələb edilməməlidir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.
Rusiya Estoniyanı bir sıra düşmənçilik xarakterli addımlar atmaqda ittiham edib və bu addımların “açıq müharibəyə” səbəb ola biləcəyi barədə xəbərdarlıq yayıb. Açıqlama Estoniya hökumətinin Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlamaq qərarından sonra yayılıb.
Ermənistan parlamentindəki iki müxalifət fraksiyası yeni Konstitusiya layihəsinin referenduma çıxarılmasına yenidən dəstək verməyib. Hakim “Vətəndaş müqaviləsi” partiyası bildirib ki, referendum üçün çatışmayan altı səs toplanmasa, növbədənkənar parlament seçkiləri keçiriləcək.
Cənubi Koreya noyabrın 24-də Rusiya hərbi təyyarələri ölkənin hava məkanına yaxınlaşdıqdan sonra qırıcılarını havaya qaldırıb. Hərbçilərin məlumatına görə, Rusiya təyyarələri ölkənin hava məkanına daxil olmayıb. Ullın adasının sakinlərinə sığınacaqlara keçmək barədə xəbərdarlıq edilib.
Ukrayna Prezidenti Volodimir Zelenski və yerli rəsmilərin məlumatına görə, noyabrın 22-də Rusiyanın Kiyev vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələr nəticəsində azı dörd nəfər həlak olub.
Türkiyə Qara dənizdə ticarət gəmilərinin və kənd təsərrüfatı məhsullarının daşınmasının təhlükəsizliyini təmin etmək üçün yeni mexanizm hazırlayır. Bu barədə noyabrın 23-də ölkənin BMT-dəki səfiri Əhməd Yıldız məlumat verib.
İspaniyanın “Barselona” futbol klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la qarşılaşmaq üçün Azərbaycana gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib. Görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik, nəqliyyat və enerji layihələri müzakirə olunub.
Dron hücumları nəticəsində Rusiyanın bir sıra neft emalı zavodları fəaliyyətini dayandırıb. Qiymət məlumatları üzrə ixtisaslaşan “Argus” agentliyinin məlumatına görə, zavodlarda plandankənar təmir işlərinin aparılması Qırğızıstan və Tacikistana qış dizeli tədarükünün kəskin azalmasına səbəb olub.
Gürcüstan elektrik enerjisi istehsal gücünü artırmaq və regional enerji bazarındakı mövqeyini möhkəmləndirmək üçün Qara dəniz sualtı elektrik kabeli layihəsi vasitəsilə Avropaya enerji ixrac etmək planlarını sürətləndirir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın