Ankaradan Qara dənizdə gəmiçilik və taxıl ixracını qorumaq üçün yeni təşəbbüs
Türkiyə Qara dənizdə ticarət gəmilərinin və kənd təsərrüfatı məhsullarının daşınmasının təhlükəsizliyini təmin etmək üçün yeni mexanizm hazırlayır. Bu...
Türkiyə Qara dənizdə ticarət gəmilərinin və kənd təsərrüfatı məhsullarının daşınmasının təhlükəsizliyini təmin etmək üçün yeni mexanizm hazırlayır. Bu barədə noyabrın 23-də ölkənin BMT-dəki səfiri Əhməd Yıldız məlumat verib.
Yıldız bildirib ki, Ankara 2022-ci ildə başladılan Qara dəniz Taxıl Təşəbbüsü zamanı qazandığı təcrübəyə əsaslanaraq dəniz təhlükəsizliyini gücləndirməyə, hərbi gərginliyin artmasının qarşısını almağa və qlobal ərzaq təhlükəsizliyini qorumağa çalışır.
Yeni təşəbbüs Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və Qara dənizdə ticarət gəmiləri ilə limanların təhlükəsizliyi barədə narahatlıqların artdığı bir vaxtda gündəmə gəlib.
Həm Moskva, həm də Kiyevlə diplomatik əlaqələrini saxlayan Türkiyə müharibə dövründə tərəflər arasında vasitəçilik edib və danışıqların təşkilinə kömək edib.
2022-ci ilin iyulunda Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə olunan Qara dəniz Taxıl Sazişi Ukraynaya müharibə şəraitində limanlarından kənd təsərrüfatı məhsullarının ixracını bərpa etməyə imkan verib.
Rusiya 2023-cü ildə sazişdən çıxana qədər Ukraynadan 30 milyon tondan çox taxıl ixrac olunub. Moskva bu qərarını Rusiya kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlərin qalması ilə əsaslandırıb.
Bundan sonra Ukrayna taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracını davam etdirmək üçün alternativ dəniz dəhlizi yaradıb. Lakin ticarət gəmilərinə hücumların artması bu daşımaları təhlükəyə atıb.
Nəticədə Afrika, Asiya və Yaxın Şərqdə ərzaq təchizatı ilə bağlı narahatlıqlar artıb.
Noyabrın 23-də BMT Təhlükəsizlik Şurasında çıxış edən Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Luk Lindberq xəbərdarlıq edib ki, bu il Rusiya və Ukraynanın təxminən 10 milyon ton buğdası dünya bazarlarına çıxmaya bilər.
Həmin iclasda Rusiya taxıl sazişinin bərpasına razı olmadığını bildirib. Moskva Ukraynanı ticarət gəmilərini hədəf almaqda ittiham edib və əvvəlki sazişdən əsasən Qərb ölkələrinin faydalandığını vurğulayıb.
Kiyev isə daha əvvəl Türkiyə və digər ölkələrin təklifləri əsasında dənizdə atəşkəs barədə razılığa gəlməyə hazır olduğunu bildirib.
Türkiyə Montrö Konvensiyasına əsasən, müharibə tərəflərinə məxsus hərbi gəmilərin Türkiyə boğazlarından keçidini məhdudlaşdırıb.
Ankara həmçinin Rumıniya və Bolqarıstanla birlikdə Qara dənizdə minaların təmizlənməsi əməliyyatlarında iştirak edir.
Əhməd Yıldız noyabrın 23-də Türkiyənin Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib və Moskva ilə Kiyevi birbaşa danışıqlara çağırıb.
Türkiyə rəsmiləri yeni mexanizmin necə işləyəcəyi və nə vaxt tətbiq olunacağı barədə hələlik məlumat verməyiblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.
Rusiya Estoniyanı bir sıra düşmənçilik xarakterli addımlar atmaqda ittiham edib və bu addımların “açıq müharibəyə” səbəb ola biləcəyi barədə xəbərdarlıq yayıb. Açıqlama Estoniya hökumətinin Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlamaq qərarından sonra yayılıb.
Ermənistan parlamentindəki iki müxalifət fraksiyası yeni Konstitusiya layihəsinin referenduma çıxarılmasına yenidən dəstək verməyib. Hakim “Vətəndaş müqaviləsi” partiyası bildirib ki, referendum üçün çatışmayan altı səs toplanmasa, növbədənkənar parlament seçkiləri keçiriləcək.
Cənubi Koreya noyabrın 24-də Rusiya hərbi təyyarələri ölkənin hava məkanına yaxınlaşdıqdan sonra qırıcılarını havaya qaldırıb. Hərbçilərin məlumatına görə, Rusiya təyyarələri ölkənin hava məkanına daxil olmayıb. Ullın adasının sakinlərinə sığınacaqlara keçmək barədə xəbərdarlıq edilib.
Ukrayna Prezidenti Volodimir Zelenski və yerli rəsmilərin məlumatına görə, noyabrın 22-də Rusiyanın Kiyev vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələr nəticəsində azı dörd nəfər həlak olub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin Münaqişələrdə Cinsi Zorakılıq üzrə Xüsusi Nümayəndəsi Pramila Patten noyabrın 23-də Madriddə keçirilən sammitdə beynəlxalq ictimaiyyəti əfqan qadınları və qızları üçün ədalətin təmin edilməsi istiqamətində səyləri artırmağa çağırıb.
İspaniyanın “Barselona” futbol klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la qarşılaşmaq üçün Azərbaycana gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib. Görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik, nəqliyyat və enerji layihələri müzakirə olunub.
Dron hücumları nəticəsində Rusiyanın bir sıra neft emalı zavodları fəaliyyətini dayandırıb. Qiymət məlumatları üzrə ixtisaslaşan “Argus” agentliyinin məlumatına görə, zavodlarda plandankənar təmir işlərinin aparılması Qırğızıstan və Tacikistana qış dizeli tədarükünün kəskin azalmasına səbəb olub.
Gürcüstan elektrik enerjisi istehsal gücünü artırmaq və regional enerji bazarındakı mövqeyini möhkəmləndirmək üçün Qara dəniz sualtı elektrik kabeli layihəsi vasitəsilə Avropaya enerji ixrac etmək planlarını sürətləndirir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın