Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşüb. Görüşdə Azərbaycan və...
Cənubi Koreya Prezidenti Li Cae Myon dörd günlük səfər üçün Fransaya yola düşüb.
Səfər çərçivəsində onun Fransa Prezidenti Emmanuel Makronla görüşü nəzərdə tutulur.
İki liderin Cənubi Koreya və Fransa arasında strateji tərəfdaşlığın inkişafını, eləcə də təhlükəsizlik, iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
Cənubi Koreya mediasının prezident administrasiyasındakı rəsmiyə istinadən yaydığı məlumata görə, görüşdə nüvə enerjisi sahəsində əməkdaşlıq və Cənubi Koreya hərbçilərinin Hörmüz boğazına göndərilməsi ehtimalı da müzakirə oluna bilər.
Danışıqlar qlobal təhlükəsizlik və iqtisadi qeyri-müəyyənliyin artdığı bir vaxtda keçirilir.
Fransa Prezidenti Emmanuel Makron “G7” sammiti zamanı Cənubi Koreya Prezidenti Li Cae Myonu qarşılayır. Evian-le-Ben, Fransa, 16 iyun 2026-cı il.
Səfər Fransa və Cənubi Koreyanın diplomatik münasibətlərinin 140 illiyinə təsadüf edir. İki ölkə arasında əlaqələrin əsası 1886-cı ildə Fransa ilə Çoson Krallığı arasında imzalanan müqavilə ilə qoyulub.
Li əvvəlcə Nitsaya gedəcək. O, Sen-Pol-de-Vansda keçiriləcək ‘Lumière’ sammitinə Fransa Prezidenti Emmanuel Makronla birlikdə həmsədrlik edəcək.
Daha sonra prezident iki günlük dövlət səfəri üçün Parisə gedəcək.
Səfər proqramına Makronla görüş, nahar, rəsmi sammit və Fransa prezidentinin təşkil etdiyi şam yeməyi daxildir. Li həmçinin Cənubi Koreya və Fransadan təxminən 20 şirkətin iştirak edəcəyi dəyirmi masa görüşündə biznes nümayəndələri ilə bir araya gələcək.
Səfər Fransa Prezidenti Emmanuel Makronun apreldə Cənubi Koreyaya səfərindən sonra baş tutur. Həmin vaxt iki ölkə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.
Milli təhlükəsizlik üzrə müşavir Vi Sonq Lak bildirib ki, Linin səfəri Makronun aprel səfəri zamanı yaradılan hərtərəfli strateji tərəfdaşlığın daha da inkişafına töhfə verəcək.
Onun sözlərinə görə, tərəfdaşlıq təhlükəsizlik, iqtisadiyyat və xalqlar arasında əlaqələr sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Avropanın müxtəlif ölkələrində tələbələr və işçilər noyabrın 20-də küçələrə çıxaraq maaşların artırılmasını, münasib qiymətə mənzillərin əlçatan olmasını, təhsilə və dövlət xidmətlərinə daha çox vəsait ayrılmasını tələb ediblər. Etirazçılar hərbi xərclərin artırılmasına da qarşı çıxıblar.
Beynəlxalq Ədalət Məhkəməsi noyabrın 19-da Myanmanın 2017-ci ildə rohinca müsəlmanlarına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı soyqırımı törətdiyinə dair qərar qəbul edib. Bununla da BMT-nin ali məhkəmə orqanı tarixdə ilk dəfə bir dövləti soyqırımı törətməkdə birbaşa məsuliyyətli hesab edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşüb. Görüşdə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq, Cənubi Qafqazda sülh gündəliyi və TRIPP nəqliyyat dəhlizinin perspektivləri müzakirə olunub.
İranın “Bəsic” qüvvələri rəhbərinin müavini, briqada generalı Qasım Qureyşi bildirib ki, ABŞ qüvvələrinin İrandan min və ya iki min kilometr uzaqlaşması onların təhlükəsizliyinə zəmanət vermir.
İsrail ordusu və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranla mümkün qarşıdurmaya hazırlıq məqsədilə birgə hərbi planlar hazırlamaq barədə razılığa gəliblər. Bu barədə İsrailin “Channel 13” telekanalı noyabrın 21-də məlumat yayıb.
ABŞ investorları Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində investisiya qoyuluşu imkanlarını araşdırırlar. Ərazilərdə aparılan bərpa-quruculuq işləri, kənd təsərrüfatının müasirləşdirilməsi və yeni nəqliyyat əlaqələrinin yaradılması xarici şirkətlər üçün biznes imkanları yaradır.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın