Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşüb. Görüşdə Azərbaycan və...
İordaniyada kilsəyə silahlı hücumla əlaqədar üç nəfər saxlanılıb. Bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.
Hücum oktyabrın 23-də paytaxt Əmmandan təxminən 120 kilometr cənub-qərbdə yerləşən Kərak əyalətindəki yunan pravoslav kilsəsində baş verib.
Silahlı şəxslər dəfn mərasimi zamanı kilsəyə daxil olaraq bir neçə dəqiqə ərzində atəş açıblar. Nəticədə 9 nəfər həlak olub, 40 nəfər yaralanıb. Hadisə İordaniyadakı xristian azlığına qarşı nadir hücumlardan biri olub.
Hücumdan sonra İordaniya Kralı II Abdullah təhlükəsizlik qüvvələrinə sərt tədbirlər görməyi tapşırıb. O, hakimiyyət orqanlarının terror aktı kimi qiymətləndirdiyi hücuma dəmir yumruqla cavab verilməsini tələb edib.
Kral oktyabrın 24-də Milli Təhlükəsizlik Şurasının iclasında hücumu “iyrənc terror aktı” adlandıraraq pisləyib. Kral sarayının məlumatına görə, II Abdullah vətəndaşların həyatına təhlükə yarandıqda heç bir güzəştə yol verilməyəcəyini bildirib.
Həlak olan doqquz nəfər oktyabrın 25-də dəfn edilib. Dəfn mərasimlərinin keçirildiyi Hamud kəndində kilsə və qəbiristanlıq ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. İordaniya rəsmiləri son illərdə islamçı silahlı qruplaşmaların bir neçə hücum planının qarşısını aldıqlarını bildiriblər.
Hadisə zamanı kilsədə olan Səhər əl-Həlsa bildirib ki, qohumunun dəfn mərasimində iştirak edərkən atəş səsləri və insanların qışqırıqlarını eşidib. O, özünü qorumaq üçün sütunlardan birinin arxasında gizlənib.
Qadının sözlərinə görə, yaranan qarışıqlıq zamanı kilsədən çölə çıxanda silahlı hücumçuları və yaralı halda yerdə uzanan digər qohumunu görüb.
Onun yanına qaçıb dedim: “Asim, Asim, əzizim, mənə cavab ver”, – deyə əl-Həlsa bildirib.
O deyib ki, qohumu gözlərini açaraq ona baxıb, lakin az sonra həyatını itirib.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Avropanın müxtəlif ölkələrində tələbələr və işçilər noyabrın 20-də küçələrə çıxaraq maaşların artırılmasını, münasib qiymətə mənzillərin əlçatan olmasını, təhsilə və dövlət xidmətlərinə daha çox vəsait ayrılmasını tələb ediblər. Etirazçılar hərbi xərclərin artırılmasına da qarşı çıxıblar.
Beynəlxalq Ədalət Məhkəməsi noyabrın 19-da Myanmanın 2017-ci ildə rohinca müsəlmanlarına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı soyqırımı törətdiyinə dair qərar qəbul edib. Bununla da BMT-nin ali məhkəmə orqanı tarixdə ilk dəfə bir dövləti soyqırımı törətməkdə birbaşa məsuliyyətli hesab edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşüb. Görüşdə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq, Cənubi Qafqazda sülh gündəliyi və TRIPP nəqliyyat dəhlizinin perspektivləri müzakirə olunub.
İranın “Bəsic” qüvvələri rəhbərinin müavini, briqada generalı Qasım Qureyşi bildirib ki, ABŞ qüvvələrinin İrandan min və ya iki min kilometr uzaqlaşması onların təhlükəsizliyinə zəmanət vermir.
İsrail ordusu və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranla mümkün qarşıdurmaya hazırlıq məqsədilə birgə hərbi planlar hazırlamaq barədə razılığa gəliblər. Bu barədə İsrailin “Channel 13” telekanalı noyabrın 21-də məlumat yayıb.
ABŞ investorları Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində investisiya qoyuluşu imkanlarını araşdırırlar. Ərazilərdə aparılan bərpa-quruculuq işləri, kənd təsərrüfatının müasirləşdirilməsi və yeni nəqliyyat əlaqələrinin yaradılması xarici şirkətlər üçün biznes imkanları yaradır.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın