Günün icmalı: Nəticəsiz qalan COP31 danışıqlarından 5 əsas məqam
Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim sammiti yekun siyasi razılaşma əldə olunmadan başa çatıb. Qalıq yanacaqlardan uzaqlaşma, iqlim...
İran müharibənin dayandırılması üçün diplomatik səylərin davam etdiyi bir vaxtda Hörmüz boğazının şərqində ABŞ-yə məxsus “MQ-1 Predator” pilotsuz uçuş aparatını vurduğunu bildirib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, dron qurumun aerokosmik qüvvələri tərəfindən vurulub.
SEPAH iddia edir ki, bu, son aylarda İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan 20-ci “MQ-1 Predator” dronudur. Qurum həmçinin son 24 saat ərzində ABŞ-yə məxsus dörd kəşfiyyat və zərbə dronunun vurulduğunu bildirib.
Hadisə hərbi gərginliyin davam etdiyi və İranda gözlənilən elektrik enerjisi çatışmazlığının mövcud enerji böhranını daha da ağırlaşdıracağı ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir.
SEPAH İranın hava məkanını pozan istənilən addıma sərt, qəti və güclü cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Qurumun PUA-larla bağlı iddialarını müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
Noyabrın 20-də Tehranda İran rəsmiləri ilə Qətər nümayəndə heyəti arasında keçirilən danışıqlardan sonra bəzi iranlıların razılaşmaya ümidi artıb.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran vasitəçilərlə, o cümlədən İranla ABŞ arasında dialoqa kömək edən Qətərlə əlaqə saxlayır.
İranın xarici işlər naziri Abbas Əraqçi də Tehranın münaqişənin diplomatik həllinə hazır olduğuna işarə edib.
ABŞ Prezidenti Donald Tramp isə Tehranın razılaşma əldə etmək istədiyini, lakin təklif etdiyi şərtlərin Vaşinqton üçün hələ də qəbuledilməz olduğunu deyib.
İran elektrik enerjisinin verilməsinə noyabrın 22-dən məhdudiyyət tətbiq etməyi planlaşdırırdı. Kritik infrastruktura dəyən ziyan ölkənin enerji sistemində mövcud problemləri dərinləşdirib.
Plana əsasən, evlərə elektrik enerjisinin verilməsi günaşırı iki saatlıq dayandırıla bilər. Bəzi ərazilərdə isə fasilələr hər gün iki saatadək davam edə bilər.
İran Prezidenti Məsud Pezeşkian noyabrın 21-də bildirib ki, ABŞ və İsrailin ölkənin enerji obyektlərinə endirdiyi zərbələr böhranı ağırlaşdırıb. O, qış yaxınlaşdıqca enerji təchizatında problemlərin arta biləcəyi barədə xəbərdarlıq edib.
İran dünyanın ən böyük neft və qaz ehtiyatlarına malik ölkələrdən biri olsa da, Qərbin uzun illər tətbiq etdiyi sanksiyalar investisiyaları məhdudlaşdırıb və enerji infrastrukturunun saxlanmasını çətinləşdirib. Elektrik şəbəkəsinin köhnəlməsi və vaxtaşırı yanacaq çatışmazlığı da təchizata təsir göstərib.
Son illərdə elektrik enerjisinin verilməsində fasilələr daha tez-tez baş verir. Ekstremal hava şəraiti də təchizatı çətinləşdirir.
Münaqişə fevralın 28-də ABŞ və İsrailin İrana zərbələr endirməsi ilə başlayıb. Tehran cavab olaraq İsrailə və ABŞ-nin hərbi bazalarının yerləşdiyi Körfəz ölkələrinə zərbələr endirib.
Döyüşlər regiona yayıldıqdan sonra əsas dəniz marşrutlarında gəmiçilik pozulub, dünya bazarında enerji qiymətləri artıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşüb. Görüşdə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq, Cənubi Qafqazda sülh gündəliyi və TRIPP nəqliyyat dəhlizinin perspektivləri müzakirə olunub.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə keçirilən, insan müdaxiləsi olmadan və ya məhdud nəzarətlə işləyə bilən silahlarla bağlı danışıqları başa çatıb. İştirakçılar 2028-ci ilədək yeni qaydaların hazırlanması üçün müzakirələri davam etdirməyə razılaşıblar.
İsrail ordusu və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranla mümkün qarşıdurmaya hazırlıq məqsədilə birgə hərbi planlar hazırlamaq barədə razılığa gəliblər. Bu barədə İsrailin “Channel 13” telekanalı noyabrın 21-də məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşüb. Görüşdə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq, Cənubi Qafqazda sülh gündəliyi və TRIPP nəqliyyat dəhlizinin perspektivləri müzakirə olunub.
İranın “Bəsic” qüvvələri rəhbərinin müavini, briqada generalı Qasım Qureyşi bildirib ki, ABŞ qüvvələrinin İrandan min və ya iki min kilometr uzaqlaşması onların təhlükəsizliyinə zəmanət vermir.
İsrail ordusu və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranla mümkün qarşıdurmaya hazırlıq məqsədilə birgə hərbi planlar hazırlamaq barədə razılığa gəliblər. Bu barədə İsrailin “Channel 13” telekanalı noyabrın 21-də məlumat yayıb.
ABŞ investorları Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində investisiya qoyuluşu imkanlarını araşdırırlar. Ərazilərdə aparılan bərpa-quruculuq işləri, kənd təsərrüfatının müasirləşdirilməsi və yeni nəqliyyat əlaqələrinin yaradılması xarici şirkətlər üçün biznes imkanları yaradır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın