Krit sahillərində qayıqda 13 miqrantın meyiti tapılıb, sağ qalanlar xilas edilib
Yunanıstanın sahil mühafizə xidmətinin yaydığı məlumata görə, Krit adası yaxınlığında miqrantları daşıyan qayıqda 13 nəfərin meyiti tapılıb. Daha 18 nəfər xilas edilərək sahilə çıxarılıb. Onlardan dördü xəstəxanaya yerləşdirilib, biri isə sonradan həyatını itirib.

