Əfqanıstanda səhiyyə böhranı dərinləşir: 700-dən çox tibb müəssisəsi bağlanıb
BMT rəsmisi xəbərdarlıq edib ki, beynəlxalq yardımın azalması səbəbindən 2025-ci ildən bəri Əfqanıstanda 700-dən çox ilkin səhiyyə müəssisəsi fəaliyyətini dayandırıb. Uşaqlar arasında kəskin qidasızlığın artması isə ölkənin səhiyyə sisteminə əlavə yük yaradır.

