Husilərin hücumları fonunda Səudiyyə Ərəbistanının vəliəhdi ABŞ komandanı ilə görüşüb
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Ər-Riyadda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperlə görüşüb. Husilərin ölkəyə hücumlarının artdığı bir vaxtda tərəflər hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

