“NVIDIA”nın rəhbəri Qazaxıstanın süni intellekt mərkəzinə çevrilmək planını dəstəkləyib
“NVIDIA” şirkətinin baş direktoru Censen Huanq Qazaxıstanın süni intellekt sahəsindəki planlarını yüksək qiymətləndirib. O, ölkənin fiziki süni intellekt üzrə qlobal mərkəzə çevrilmək, yeni startaplar yaratmaq və sənayenin müxtəlif sahələrini inkişaf etdirmək potensialına malik olduğunu bildirib.

