Meksikada 2 minə yaxın miqrant ABŞ sərhədinə doğru yola çıxıb
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən...
Oman və İran noyabrın 17-də Hörmüz boğazında gərginliyin artdığı bir vaxtda gəmiçiliyin təhlükəsizliyini, ticarətin davamlılığını və diplomatik danışıqların bərpasını müzakirə ediblər.
Oman Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş İranın xarici işlər naziri Abbas Əraqçinin ölkəyə səfəri zamanı keçirilib. Hörmüz boğazının cənub sahili Oman ərazisində yerləşir.
Oman fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi zərbələrlə başlayan münaqişədə vasitəçilik edir.
Hörmüz boğazında neft tankerlərinə hücumlar artıb. İran boğazda gəmiçiliyin hərəkətini məhdudlaşdırır, ABŞ isə İran limanlarının dəniz blokadasını davam etdirir.
“Reuters”in noyabrın 11-də yaydığı məlumata görə, noyabrın ilk 10 günündə azı 10 gəmi zərbəyə məruz qalıb. Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun məlumatına əsasən, oktyabrda 37 hücum baş verib. Bu, münaqişə başlayandan bəri ən yüksək aylıq göstəricidir.
“Reuters” noyabrın 8-də Oman sahilləri yaxınlığında “Navig8” şirkətinə məxsus tankerin yandığını göstərən görüntülərin həqiqiliyini də təsdiqləyib. İran həmin gün üç tankerə zərbə endirdiyini açıqlayıb. Tehran bu gəmiləri Hörmüz boğazında icazə verilməyən marşrutlardan istifadə etməkdə ittiham edib.
Hücumlar ətraf mühitə də ziyan vurub. Yayılan videolarda neftin Oman sahillərinə çatdığı görünür. Peyk görüntülərində isə Oman və Birləşmiş Ərəb Əmirliklərinin sahilləri yaxınlığında neft sızmaları aşkarlanıb.
Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, fevralın sonundan bəri regionda əksəriyyəti hücumlarla bağlı olan 133 insident qeydə alınıb. Bu müddətdə azı 25 dənizçi həlak olub.
Münaqişədən əvvəl dünya üzrə enerji təchizatının təxminən beşdəbiri Hörmüz boğazından keçirdi. Bu strateji su yolunun təhlükəsizliyi təxminən doqquz aydır davam edən münaqişənin həlli istiqamətində əsas maneələrdən biri olaraq qalır. Diplomatik səylər isə hələlik ciddi nəticə verməyib.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Birləşmiş Krallıq və Avropa İttifaqı (Aİ) ticarəti asanlaşdırmaq, gənclər üçün yeni imkanlar yaratmaq və iqtisadi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu saziş “Brexit”dən sonra tərəflər arasında münasibətlərin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə keçirilən, insan müdaxiləsi olmadan və ya məhdud nəzarətlə işləyə bilən silahlarla bağlı danışıqları başa çatıb. İştirakçılar 2028-ci ilədək yeni qaydaların hazırlanması üçün müzakirələri davam etdirməyə razılaşıblar.
Səudiyyə Ərəbistanı Yəməndəki İranın dəstəklədiyi husilərin ölkənin cənubuna atdığı ballistik raketi vurub. Bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya məlumat yayıb. Hadisə sərhədyanı bölgələrdə hücumların artdığı bir vaxtda baş verib.
Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı döyüşən hərbi koalisiyanın komandanını dəyişib. Qərar Ər-Riyadın dəstəklədiyi hökumət qüvvələrinin mühüm əraziləri itirməsi və İranın dəstəklədiyi husilərin ölkənin cənubundakı Ədən liman şəhərinə yaxınlaşması fonunda verilib.
İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Müctəba Xamenei oktyabrın 31-də sosial şəbəkələrdə yayımlanan açıqlamasında ölkənin silahlı qüvvələrinə istənilən təhdidə dərhal və coğrafi məhdudiyyət olmadan cavab verməyi əmr edib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın