Hindistanda seçki komissiyası rəhbərinin istefasını tələb edən 2 mindən çox etirazçı saxlanılıb
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən...
Mənbələrin bildirdiyinə görə, Tramp administrasiyası ABŞ-nin kosmik şirkətlərinə təzyiq göstərib. Şirkətlərdən Emmanuel Makronun Parisdə təşkil etdiyi sammitdə iştirak etməmələri istənilib. Nəticədə sammitin proqramı son anda dəyişdirilib və bəzi planlaşdırılmış tədbirlər ləğv olunub.
Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsi ötən həftə sentyabrın 9–10-da keçirilməsi planlaşdırılan sammitə qatılacaq bir neçə ABŞ kosmik şirkətinin nümayəndəsi ilə telefon danışığı aparıb.
Dörd mənbənin məlumatına görə, ABŞ rəsmiləri şirkətləri xəbərdar edib ki, sammitdə iştirakları Vaşinqtonun etiraz etdiyi Avropa siyasətlərinə dəstək kimi qiymətləndirilə bilər.
Sammitdə hökumət və kosmik sənaye nümayəndələri iştirak edəcək. Avropa ölkələri mülki və hərbi kosmik proqramlara yatırımları artırır. Tədbir Avropanın İlon Maskın “SpaceX” şirkəti kimi ABŞ şirkətlərindən asılılığını azaltmağa çalışdığı bir vaxtda keçirilir.
Mənbələrin bildirdiyinə görə, Ağ Ev rəsmiləri şirkətlərə sammitdə iştirak etməməklə bağlı açıq göstəriş verməsələr də, onları tədbirə qatılmaqdan ciddi şəkildə çəkindiriblər.
Bundan sonra Avropa və ABŞ şirkətlərinin planlaşdırdığı bəzi tədbirlər ləğv edilib. Mənbələrdən biri “SpaceX”in də sammitdə iştirak etməyəcəyini bildirib.
Ağ Ev Tramp administrasiyasının kosmosla bağlı məsələlərdə müttəfiq və tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.
Məlumata görə, Beynəlxalq Kosmos Sammitində təxminən 120 ölkədən siyasətçilər, sənaye nümayəndələri və alimlər iştirak edəcəklər. Sammitdə kosmik təhlükəsizlik, kosmosun tədqiqi və elmi missiyalar müzakirə olunacaq.
Fransa Prezidenti Emmanuel Makronun ofisi şərh sorğusuna cavab verməyib.
MDB ölkələrinin liderləri əhalinin siyahıyaalınması ilə bağlı qərar qəbul ediblər. BELTA-nın məlumatına görə, sənəddə siyahıyaalınmanın 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirilməsi təklif olunur. Qərar oktyabrın 9-da Türkmənistanda keçirilən iclasda qəbul edilib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı oktyabrın 10-da hücuma məruz qalıb. Səudiyyə Ərəbistanının mülki aviasiya qurumu hadisə nəticəsində bir neçə nəfərin yaralandığını və hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını təsdiqləyib.
Turizm ənənəvi olaraq iqtisadiyyatın qeyri-sabitliyə ən həssas sahələrindən biridir.
ABŞ İranın xam neftinin, neft məhsullarının və neft-kimya məhsullarının xarici bazarlara daşınması ilə əlaqəli 17 gəmiyə və bir sıra şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları nəticəsində iki gün ərzində 70-dən çox insanın həlak olmasından sonra ABŞ-ni sərt tənqid edib. O bildirib ki, Vaşinqton Rusiyanın hücumlarının qarşısını almaq üçün Ukraynaya kifayət qədər yardım göstərmir.
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən çox aksiya iştirakçısını saxlayıb.
ABŞ Prezidenti Donald Trampın Rusiya dizelinə tətbiq olunan sanksiyaları yumşaltmaq qərarından bir gün sonra Rusiyanın Zaporojye şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 3-ü uşaq olmaqla ən azı 17 nəfər həlak olub.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyanın dizel yanacağı ixracına tətbiq olunan sanksiyaları yumşaltmaq qərarını tənqid edib.
Oktyabrın 9-da Sinqapurda hava keyfiyyəti kəskin pisləşib. IQAir platformasının məlumatına görə, yerli vaxtla saat 08:00-da havanın keyfiyyəti indeksi 205-ə çatıb. Bu göstərici sağlamlıq üçün çox zərərli hesab olunur.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada mülki əhaliyə hücumların kəskin artmasını pisləyib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın