Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunda azı 19 nəfər ölüb
Rusiya gecə saatlarında Ukraynaya müharibənin ən genişmiqyaslı hücumlarından birini həyata keçirib. Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində azı 19 nəfər həlak olub. Ölkəyə təxminən 70 raket və çoxsaylı pilotsuz uçuş aparatı buraxılıb.

