Səhər xülasəsi – 22 avqust 2026
Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. Avqustun 22-si üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. Avqustun 22-si üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Tailand məktəblərində silahlı hücuma qarşı təlimlər keçirilib. Hakimiyyət iki həftə əvvəl 14 yaşlı yeniyetmənin məktəbdə atəş açaraq azı səkkiz nəfəri öldürməsindən sonra təhlükəsizlik tədbirlərini gücləndirməyə çalışır.
Filippinin cənubundakı Zamboanqa şəhərində orta məktəbdə baş verən silahlı insident nəticəsində hücumda şübhəli bilinən şəxs də daxil olmaqla azı iki nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.
Tailandın Nonthaburi əyalətində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb. Polis ağır yaralanan 12 yaşlı qızın xəstəxanada həyatını itirdiyini bildirib.
Tailandda məktəbdə baş verən silahlı hücum nəticəsində 3 şagird və 3 müəllim həlak olub. Tailand Kral Polisinin məlumatına görə, azı 15 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Toronto polisinin məlumatına görə, ötən gün şəhərdə keçirilən “Salsa on St. Clair” festivalında baş verən atışma nəticəsində iki kişi həlak olub, daha altı nəfər yaralanıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.