Əfqanıstan iqtisadiyyatı 2026-cı ildə 3 faiz artacaq, yoxsulluq isə dərinləşəcək
Dünya Bankının noyabrın 18-də dərc etdiyi hesabata görə, 2026-cı ildə Əfqanıstan iqtisadiyyatının 3 faiz artacağı gözlənilir. Lakin əhalinin sürətli artımı iqtisadi inkişafı üstələdiyindən ölkədə yaşayış səviyyəsinin aşağı düşəcəyi proqnozlaşdırılır.

