Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşüb. Görüşdə Azərbaycan və...
Dünya Bankının noyabrın 18-də dərc etdiyi hesabata görə, 2026-cı ildə Əfqanıstan iqtisadiyyatının 3 faiz artacağı gözlənilir. Lakin əhalinin sürətli artımı iqtisadi inkişafı üstələdiyindən ölkədə yaşayış səviyyəsinin aşağı düşəcəyi proqnozlaşdırılır.
Dünya Bankının Əfqanıstanın inkişafına dair son hesabatında adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) 3,3 faiz azalacağı bildirilir. Bu, göstəricinin ardıcıl üçüncü il azalması deməkdir.
İran və Pakistandan qayıdan əfqanların da təsiri ilə ölkə əhalisinin 6,6 faiz artacağı gözlənilir.
Ötənilki quraqlıqdan sonra kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsi iqtisadi artımın təxminən 90 faizini təmin edəcək.
Hesabata əsasən, 2026-cı ildə kənd təsərrüfatı sektorunun 8 faiz böyüyəcəyi, özəl investisiyaların isə 15 faiz azalacağı proqnozlaşdırılır.
Əfqanıstanın Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, buğda istehsalı ötən illə müqayisədə 13,4 faiz artaraq 5,15 milyon tona çatacaq.
Bununla belə, Dünya Bankı iqtisadiyyatın kənd təsərrüfatından yüksək asılılığının ciddi risk yaratdığını bildirir. Belə ki, məhsuldarlığın hava şəraitindən asılı olaraq dəyişməsi iqtisadi artıma birbaşa təsir göstərir.
“Məhsuldarlıqda kəskin artım olmasaydı, 2026-cı maliyyə ilində iqtisadi artım cəmi 0,4 faiz təşkil edərdi”, – deyə hesabatda qeyd olunur.
İqtisadi çətinliklər əmək bazarına və əhalinin alıcılıq qabiliyyətinə də təsir göstərir.
Sentyabrda gündəlik muzdla çalışanların işlədiyi günlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz azalıb. Onların həftəlik qazancı ilə ala bildikləri buğda ununun miqdarı isə 27 faiz aşağı düşüb.
Ərzaq Təhlükəsizliyi Mərhələlərinin İnteqrasiya Edilmiş Təsnifatının (IPC) məlumatına görə, sentyabr və oktyabr aylarında Əfqanıstanda 15,9 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşib.
Qış aylarında bu rəqəmin 19,2 milyona çatacağı, onlardan 5,1 milyonunun isə ərzaq təhlükəsizliyi baxımından fövqəladə vəziyyətlə üzləşəcəyi gözlənilir.
Pakistanla sərhəddə yaranan məhdudiyyətlər də iqtisadi vəziyyəti ağırlaşdırır. 2025-ci ilin oktyabrından sərhədin bağlı qalması idxalçıları İran və Mərkəzi Asiya üzərindən keçən daha bahalı ticarət marşrutlarından istifadə etməyə məcbur edib.
Dünya Bankı 2026-cı ildə real ixracın 22 faiz azalacağını proqnozlaşdırır.
Əfqanıstanda dərinləşən su böhranı ölkənin uzunmüddətli iqtisadi inkişafı üçün ciddi təhlükə yaradır.
Dünya Bankının məlumatına görə, ölkə 2003-cü ildən bəri hər il təxminən 4,9 milyard kubmetr şirin su ehtiyatı itirib.
Paytaxt Kabildə yeraltı su ehtiyatlarından istifadə onların təbii bərpa sürətindən təxminən dörd dəfə çoxdur.
Hesabatda su ehtiyatlarının qorunmasının dayanıqlı iqtisadi inkişaf üçün vacib olduğu vurğulanır.
“Əfqanıstan su təhlükəsizliyini gücləndirmədən davamlı iqtisadi bərpaya nail ola bilməz”, – deyə Dünya Bankı xəbərdarlıq edir.
Bank 2027-ci ildə Əfqanıstan iqtisadiyyatının 3,3 faiz artacağını proqnozlaşdırır.
Bununla belə, davamlı inkişaf üçün su ehtiyatlarının daha səmərəli idarə olunması, etibarlı ticarət marşrutlarının yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də qadınların təhsil və əmək hüquqlarının bərpası vacib hesab edilir.
AnewZ hesabatın nəticələri ilə bağlı Əfqanıstanın İqtisadiyyat Nazirliyinə sorğu göndərib. Lakin material dərc olunanadək nazirlikdən cavab alınmayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşüb. Görüşdə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq, Cənubi Qafqazda sülh gündəliyi və TRIPP nəqliyyat dəhlizinin perspektivləri müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Avropanın müxtəlif ölkələrində tələbələr və işçilər noyabrın 20-də küçələrə çıxaraq maaşların artırılmasını, münasib qiymətə mənzillərin əlçatan olmasını, təhsilə və dövlət xidmətlərinə daha çox vəsait ayrılmasını tələb ediblər. Etirazçılar hərbi xərclərin artırılmasına da qarşı çıxıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşüb. Görüşdə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq, Cənubi Qafqazda sülh gündəliyi və TRIPP nəqliyyat dəhlizinin perspektivləri müzakirə olunub.
İranın “Bəsic” qüvvələri rəhbərinin müavini, briqada generalı Qasım Qureyşi bildirib ki, ABŞ qüvvələrinin İrandan min və ya iki min kilometr uzaqlaşması onların təhlükəsizliyinə zəmanət vermir.
İsrail ordusu və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranla mümkün qarşıdurmaya hazırlıq məqsədilə birgə hərbi planlar hazırlamaq barədə razılığa gəliblər. Bu barədə İsrailin “Channel 13” telekanalı noyabrın 21-də məlumat yayıb.
ABŞ investorları Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində investisiya qoyuluşu imkanlarını araşdırırlar. Ərazilərdə aparılan bərpa-quruculuq işləri, kənd təsərrüfatının müasirləşdirilməsi və yeni nəqliyyat əlaqələrinin yaradılması xarici şirkətlər üçün biznes imkanları yaradır.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın