Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşüb. Görüşdə Azərbaycan və...
Uqanda ərazisindən keçərək Keniya və Nigeriyaya gedən iki nəfərdə Ebola virusu aşkarlandıqdan sonra ölkə hakimiyyəti profilaktik tədbirləri gücləndirib.
Uqandanın səhiyyə naziri Kris Baryomunsi oktyabrın 25-də qərarın bu yaxınlarda Konqo Demokratik Respublikasına səfər edən vətəndaşlara şamil olunduğunu açıqlayıb.
Uqanda iyulda son epidemiyanın başa çatdığını və ölkədə Ebola virusunun yayılmasının dayandığını elan etsə də, hazırda xəstəliyə qarşı nəzarət və yoxlama tədbirlərini gücləndirir.
Son vaxtlar Uqandadan keçən iki nəfərdə daha sonra Keniya və Nigeriyada Ebola virusunun aşkarlanması səhiyyə qurumlarının narahatlığını artırıb.
Uqanda hakimiyyəti Nigeriyada isveçrəli diplomatın 42 yaşlı həyat yoldaşında təsdiqlənmiş Ebola yoluxmasını araşdırır.
Nigeriyanın Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, qadın Uqandadan Əddis-Əbəbəyə, oradan isə oktyabrın 3-də Abucaya gedib. O, hazırda təcrid şəraitində saxlanılır. Nigeriya rəsmiləri qadının səhhətinin xeyli yaxşılaşdığını bildiriblər.
Qadınla təmasda olan 53 nəfərin kimliyi müəyyənləşdirilib.
Uqanda rəsmiləri nigeriyalı həmkarları və beynəlxalq tərəfdaşlarla birlikdə genetik analiz nəticələrini, səfər qeydlərini, qadının hərəkət marşrutunu və təmasda olduğu şəxsləri araşdırırlar.
İsveçrə hakimiyyəti qadının Uqandada yoluxduğunu ehtimal edir. Lakin Baryomunsi bu qənaətə gəlməyin hələ tez olduğunu bildirib.
Nazirin sözlərinə görə, Uqandanın Qərbi Nil bölgəsindən olan qohumları qadını Kampalanın Kansanqa qəsəbəsində ziyarət ediblər. Həmin şəxslər daha əvvəl Konqoya səfər ediblər.
Baryomunsi qadının harada yoluxduğunun yalnız elmi sübutlar əsasında müəyyənləşdirilməli olduğunu vurğulayıb.
Keniyada Ebola aşkarlanan ilk şəxs Konqodan Uqandaya gəlib, oktyabrın 3-də isə Entebbe Beynəlxalq Hava Limanından Nayrobiyə uçub. Pasiyent iki gün sonra vəfat edib.
Keniya və Nigeriyada qeydə alınan hər iki pasiyent oktyabrın 3-də Entebbe hava limanından keçib. Lakin Uqanda rəsmilərinin sözlərinə görə, müşahidə kameralarının görüntüləri onların bir-biri ilə fiziki təmasda olmadığını göstərib.
Uqandanın Səhiyyə Nazirliyinin daimi katibi Diana Atvine bildirib ki, hər iki sərnişinin hava limanındakı hərəkətləri araşdırılıb.
Baryomunsi həmçinin Keniyada Ebola aşkarlanan şəxslə təmasda olmuş 60 nəfərin hamısının 21 günlük müşahidə müddətini başa vurduğunu və nəzarətdən çıxarıldığını açıqlayıb.
Uqanda Entebbe Beynəlxalq Hava Limanında və quru sərhəd-keçid məntəqələrində tibbi yoxlamaları gücləndirib.
Artıq ölkəyə hava, quru və su yolu ilə daxil olan bütün sərnişinlərdən sonradan onlarla əlaqə saxlanılması və yerlərinin müəyyən edilməsi üçün qeydiyyat formasını doldurmaq tələb olunur.
Bu tədbirlər mümkün yoluxma hallarının vaxtında aşkarlanmasına və virusla təmas ehtimalı olan şəxslərin izlənməsinə yönəlib.
Genom təhlili Nigeriyada aşkarlanan virusun Keniyadakı ilk yoluxma halında müəyyən edilən ştamla genetik baxımdan yaxın olduğunu göstərib. Bununla belə, Nigeriya hakimiyyəti Keniyadakı pasiyentin Nigeriyaya səfər etdiyinə və ya ölkədə qeydə alınan yoluxma halı ilə birbaşa əlaqəsinə dair sübut tapılmadığını bildirib.
Hazırkı epidemiyanın başladığı Konqo Demokratik Respublikası ilə həmsərhəd olan Uqandada əvvəllər də bir neçə dəfə Ebola epidemiyası qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının Konqonun şimalında Ebola ilə bağlı xəbərdarlıqdan sonra tədbirlər görən tibb işçilərinə hücum edildiyini açıqlaması narahatlığı daha da artırıb.
ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, oktyabrın 24-də Bafvasende şəhərində bir tibb bacısı öldürülüb, digər tibb işçisi isə ağır yaralanıb.
O, hücumu pisləyərək Ebola ilə mübarizə aparan tibb işçilərinin vəzifələrini təhlükəsiz şəraitdə və ləyaqətlə yerinə yetirmələrinin vacibliyini vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Birləşmiş Krallıq və Avropa İttifaqı (Aİ) ticarəti asanlaşdırmaq, gənclər üçün yeni imkanlar yaratmaq və iqtisadi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu saziş “Brexit”dən sonra tərəflər arasında münasibətlərin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Beynəlxalq Ədalət Məhkəməsi noyabrın 19-da Myanmanın 2017-ci ildə rohinca müsəlmanlarına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı soyqırımı törətdiyinə dair qərar qəbul edib. Bununla da BMT-nin ali məhkəmə orqanı tarixdə ilk dəfə bir dövləti soyqırımı törətməkdə birbaşa məsuliyyətli hesab edib.
Fransanın bir neçə şəhərində yaşayış xərclərinin artması və tələbə hüquqları ilə bağlı keçirilən aksiyalar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qazdan istifadə edib.
Antalyada keçirilən BMT İqlim Dəyişikliyi Konfransında (COP31) Avropa İttifaqı və bir sıra digər tərəflər yekun sənəd layihəsini rədd etdiyindən razılaşma əldə olunmayıb.
“SpaceX” ABŞ Kosmik Qüvvələrinin məxfi missiyası üçün “Falcon 9” raketini Kaliforniyadakı Vandenberq bazasından buraxıb.
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən keçib. Yayılan məlumata görə, bu, Donald Trampın Ağ Evə qayıtmasından sonra bölgədə qeydə alınan ilk böyük miqrant karvanı olub.
ABŞ-nin Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson immiqrasiya xidməti əməkdaşlarının Sietl–Takoma Beynəlxalq Hava Limanında iki sərnişini saxlamasını pisləyib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın