ÜST: Qəzzada güclü yağışlar fonunda tənəffüs yolu infeksiyaları artır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-də Qəzzada tənəffüs yolu infeksiyalarına yoluxma hallarının sürətlə artdığını bildirib. Güclü yağışlar nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı on minlərlə çadırı su basıb. ÜST vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.

