Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
AnewZ-un 28 oktyabr icmalında İsraildə seçkidən sonrakı siyasi mənzərə və iqtisadi təzyiqlər, ABŞ-də seçki kampaniyalarının hesabat sisteminə kiberhücum cəhdi, Serbiyada parlament seçkiləri və Braziliyada seçkidən sonrakı proseslər yer alır.
İsraildə seçkilərdən sonra siyasi qeyri-müəyyənlik yarana bilər. Ekzitpol nəticələrinə görə, nə Baş nazir Benyamin Netanyahunun, nə də müxalifət lideri Qadi Ayzenkotun rəhbərlik etdiyi blokun Knessetdə hökumət qurmaq üçün tələb olunan 61 mandatı qazanacağı gözlənilir.
İsrailin “KAN 11” və “Channel 13” telekanallarının yenilənmiş proqnozlarına əsasən, hər iki siyasi blok 120 deputatdan ibarət Knessetdə 51 mandat qazana bilər. Parlamentdə çoxluq üçün isə 61 mandat tələb olunur. “Channel 12” telekanalı Netanyahunun blokuna 52, Ayzenkotun blokuna isə 50 mandat proqnozlaşdırıb.
İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 77,7 faizə çataraq 1999-cu ildən bəri ən yüksək göstərici olub. Səslərin rəsmi hesablanması davam etdiyindən diqqət koalisiya danışıqlarına və növbəti hökumətin formalaşmasında həlledici rol oynaya biləcək kiçik partiyalara yönəlib.
İsraildə keçirilən seçkilər ölkə iqtisadiyyatındakı ziddiyyətli mənzərəni üzə çıxarıb. Üç ildir davam edən münaqişəyə baxmayaraq, fond bazarı yüksəlib. Lakin dövlət borcu və hərbi xərclər büdcəyə təzyiq göstərməkdə davam edir.
“Reuters” agentliyinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri İsrail şirkətlərinin səhmləri təxminən 130 faiz bahalaşıb. Eyni dövrdə ABŞ fond bazarında artım 80 faiz təşkil edib. İsrailin milli valyutası olan şekel isə təxminən 25 faiz möhkəmlənib.
Bununla belə, “Reuters”in hesablamalarına əsasən, münaqişə İsrail iqtisadiyyatına 55 milyard dollardan çox ziyan vurub. Dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 70 faizinə yaxınlaşıb, müdafiə xərcləri isə təxminən iki dəfə artaraq ÜDM-in 8 faizinə çatıb.
Beləliklə, hansı siyasi blokun koalisiya hökuməti qurmasından asılı olmayaraq, növbəti hökumət müdafiə xərcləri, dövlətin borclanması və iqtisadi artımla bağlı çətin qərarlar qəbul etməli olacaq.
ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərə bir həftə qalmış Federal Seçki Komissiyasının (FEC) elektron hesabat sisteminə kiberhücum cəhdi olub. Bu barədə “Reuters” agentliyinin əldə etdiyi elektron məktubda bildirilir.
Hadisə seçki kampaniyasının son günlərində seçkilərlə bağlı inzibati sistemlərin təhlükəsizliyinə dair narahatlıq doğurub.
Komissiya federal seçki kampaniyalarının maliyyələşdirilməsi ilə bağlı məlumatların açıqlanmasına nəzarət edir. Onun elektron hesabat sistemi siyasi ianələrin və seçki xərclərinin izlənməsində mühüm rol oynayır.
Bununla belə, sistemə kiberhücum cəhdi səsvermə avadanlıqlarına, seçki bülletenlərinə və ya nəticələrə müdaxilə edildiyini göstərmir.
Serbiyada tələbə hərəkatı bir ildən çox davam edən hökumət əleyhinə etirazlardan sonra oktyabrın 25-də keçirilən parlament seçkilərində Aleksandar Vuçiçin Serbiya Tərəqqi Partiyasını məğlub edib.
Hərəkat 2024-cü ilin noyabrında Novi Sad şəhərində dəmir yolu vağzalının girişinin üzərindəki örtüyün çökməsi nəticəsində 16 nəfərin ölümündən sonra geniş vüsət alıb. Faciədən sonra məsul şəxslərin cəzalandırılması və korrupsiyaya qarşı mübarizə tələbi ilə kütləvi etirazlar başlayıb.
Analitik Nikola Mikoviç AnewZ üçün yazdığı məqaləsində seçkilərin Serbiya üçün dönüş nöqtəsi ola biləcəyini bildirir. Onun fikrincə, müxtəlif siyasi baxışlara malik şəxsləri birləşdirən hərəkat ölkənin ənənəvi siyasi partiyalarına meydan oxuyur.
Məlumatlı mənbələrin bildirdiyinə görə, Flavio Bolsonaro prezident seçkilərində məğlub olduqdan sonra Braziliyanı tərk edərək ABŞ-yə gedib.
Onun ölkədən getməsi Braziliyada prezident seçkilərindən sonra yaranmış siyasi gərginlik fonunda baş verib.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 8-də ABŞ-nin silah və sanksiyalarla məhdudlaşdırılan digər materialların daşınmasının qarşısını almaq üçün başlatdığı yeni əməliyyatın nəticə verməyəcəyini bildirib.
Polşada Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra noyabrın 8-də ölkə üzrə ikigünlük matəm elan edilib. Polis hadisə ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiyanın noyabrın 8-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 600 mindən çox sakin elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndə husilərə qarşı döyüşən koalisiya noyabrın 8-də İranın dəstəklədiyi qruplaşmanın Ər-Riyad istiqamətində atdığı iki ballistik raketin havada vurularaq məhv edildiyini açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın