EKSKLÜZİV: Hanninqlə bağlı istintaqın Azərbaycanla əlaqəsi yoxdur
Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) sabiq rəhbəri August Hanninq barəsində aparılan istintaqın Azərbaycanla əlaqəsi yoxdur. Məlumatlı mənbələr AnewZ-a bildiriblər ki, Almaniya kəşfiyyat qurumları bu barədə Azərbaycan tərəfinə məlumat verib.

