Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Latviya Silahlı Qüvvələri noyabrın 3-nə keçən gecə hava məkanında mümkün təhlükə ilə bağlı xəbərdarlığı ləğv edib. Buna qədər NATO-nun hava məkanının mühafizəsi missiyasına aid qırıcı təyyarələr havaya qaldırılıb, ölkənin şərqindəki iki bölgənin sakinlərinə isə evlərindən çıxmamaq tövsiyə edilib.
Daha sonra obyektin Rusiya sərhədi yaxınlığında yerə düşdüyü ehtimal edilib.
“Hərəkətə keçin! Latviyanın hava məkanında təhlükə olduğunu bildiririk”, – deyə Silahlı Qüvvələr “X” sosial şəbəkəsində paylaşım edib.
Hərbçilər daha sonra təhlükənin aradan qalxdığını açıqlayıblar. Obyektin dəqiq yeri və onunla bağlı digər təfərrüatlar hələlik məlum deyil.
Xəbərdarlıq Ukraynaya məxsus hərbi PUA-ların Finlandiya, Estoniya, Latviya və Litvanın hava məkanına daxil olması ilə bağlı bir sıra insidentlər fonunda edilib.
Bu hadisələr Rusiyanın Ukraynaya qarşı müharibəsinin NATO ölkələrinin ərazisinə də yayıla biləcəyi ilə bağlı narahatlıqları artırıb. Xüsusilə Rusiya və onun müttəfiqi Belarusla həmsərhəd ölkələrdə bu riskdən ehtiyat edilir.
Məlumatlara görə, Ukraynanın Baltik dənizi ətrafında Rusiyanın neft infrastrukturuna və dəniz daşımaları obyektlərinə hücumları zamanı bəzi PUA-lar nəzərdə tutulan marşrutdan yayınıb.
Latviyada daha əvvəl baş vermiş PUA insidentlərindən biri bu ilin əvvəlində hökumətin istefasına səbəb olan amillərdən biri olub.
Moskva Ukraynanı Rusiya ərazisindəki hədəflərə hücumlar zamanı NATO ölkələrinin hava məkanından istifadə etməkdə ittiham edib.
Kiyev isə bəzi PUA-larının Rusiyanın radioelektron müdaxiləsi nəticəsində nəzərdə tutulan marşrutdan yayındığını bildirib.
NATO üzvü olan ölkələr bu hadisələrdən narahatlıqlarını bildiriblər. Onların fikrincə, regiondakı ümumi təhlükəsizlik vəziyyətinə görə əsas məsuliyyət Rusiyanın üzərinə düşür. Buna səbəb kimi Moskvanın Ukraynaya hərbi müdaxiləsini göstərirlər.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın