Hörmüz böhranı dərinləşdikcə Körfəz ölkələri alternativ nəqliyyat marşrutlarına üz tutur
Hörmüz boğazında gəmi hərəkətinin pozulması Körfəz ölkələrini alternativ ticarət yollarına üz tutmağa məcbur edir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb...
Əfqanıstan və Rusiya şirkətləri Kabildə ümumi dəyəri 103 milyon dollar olan 15 anlaşma memorandumu imzalayıb. Əfqanıstan hökumətinin məlumatına görə, sənədlər Rusiya Baş nazirinin müavini Aleksey Overçukun səfəri zamanı imzalanıb.
Memorandumlar Əfqanıstana dərman, buğda, un və yemək yağının idxalını, Rusiyaya isə kənd təsərrüfatı məhsullarının, xüsusilə narın ixracını əhatə edir.
İmzalanma mərasimində Əfqanıstan Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qəni Bəradər də iştirak edib. Sənədlərin icrasına başlanma tarixi isə açıqlanmayıb.
Overçuk təxminən 70 rusiyalı iş adamı ilə birlikdə Kabilə gəlib. O, Ərq sarayında Əbdül Qəni Bəradər və Əfqanıstanın Baş naziri Məhəmməd Həsənlə görüşüb.
Overçukun sözlərinə görə, 2026-cı ilin ilk səkkiz ayında iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq 349 milyon dolları ötüb. Rusiyanın Əfqanıstandan idxalı isə 2,2 faiz artaraq 12,8 milyon dollara çatıb.
“Əfqanıstan iqtisadiyyatının bərpasına töhfə vermək bizim üçün vacibdir. Bu, həm də yeni iş imkanları yaradacaq”, – deyə Overçuk bildirib.
Bəradər Rusiyanı Əfqanıstan məhsullarının bazara çıxışını asanlaşdırmağa və daşınma xərclərini azaltmağa çağırıb.
O, həmçinin Rusiya şirkətlərini mədənçıxarma, istehsal və infrastruktur layihələrinə, eləcə də xüsusi iqtisadi zonalara investisiya yatırmağa dəvət edib. Təkliflər arasında ikinci Salanq tunelinin tikintisi də var.
Əfqanıstanın Baş naziri Məhəmməd Həsən Rusiyanın onun rəhbərlik etdiyi hökuməti rəsmən tanımasını alqışlayıb və beynəlxalq səviyyədə göstərdiyi dəstəyə görə Moskvaya təşəkkür edib.
“Sizin dəstəyiniz Əfqanıstanın inkişafı üçün əlavə imkanlar yaradacaq”, – deyə o bildirib.
Rusiya 2025-ci ilin iyulunda Taliban hökumətini rəsmən tanıyan ilk ölkə olub. İndiyədək başqa heç bir dövlət bu addımı atmayıb.
Digər ölkələr isə qadın və qızların hüquqlarına qoyulan məhdudiyyətlər də daxil olmaqla, bir sıra səbəblərə görə Taliban hökumətini tanımaqdan imtina ediblər.
Overçuk oktyabrda Moskvada Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə də görüşüb. Danışıqlarda ticarətin genişləndirilməsi, enerji əməkdaşlığı və nəqliyyat əlaqələrinin inkişafı müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.
Rusiya Estoniyanı bir sıra düşmənçilik xarakterli addımlar atmaqda ittiham edib və bu addımların “açıq müharibəyə” səbəb ola biləcəyi barədə xəbərdarlıq yayıb. Açıqlama Estoniya hökumətinin Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlamaq qərarından sonra yayılıb.
Ermənistan parlamentindəki iki müxalifət fraksiyası yeni Konstitusiya layihəsinin referenduma çıxarılmasına yenidən dəstək verməyib. Hakim “Vətəndaş müqaviləsi” partiyası bildirib ki, referendum üçün çatışmayan altı səs toplanmasa, növbədənkənar parlament seçkiləri keçiriləcək.
Cənubi Koreya noyabrın 24-də Rusiya hərbi təyyarələri ölkənin hava məkanına yaxınlaşdıqdan sonra qırıcılarını havaya qaldırıb. Hərbçilərin məlumatına görə, Rusiya təyyarələri ölkənin hava məkanına daxil olmayıb. Ullın adasının sakinlərinə sığınacaqlara keçmək barədə xəbərdarlıq edilib.
Ukrayna Prezidenti Volodimir Zelenski və yerli rəsmilərin məlumatına görə, noyabrın 22-də Rusiyanın Kiyev vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələr nəticəsində azı dörd nəfər həlak olub.
Hörmüz boğazında gəmi hərəkətinin pozulması Körfəz ölkələrini alternativ ticarət yollarına üz tutmağa məcbur edir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Oman yük və enerji daşımalarını davam etdirmək üçün alternativ limanlardan və quru yollarından daha çox istifadə edirlər.
Türkiyə Qara dənizdə ticarət gəmilərinin və kənd təsərrüfatı məhsullarının daşınmasının təhlükəsizliyini təmin etmək üçün yeni mexanizm hazırlayır. Bu barədə noyabrın 23-də ölkənin BMT-dəki səfiri Əhməd Yıldız məlumat verib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin Münaqişələrdə Cinsi Zorakılıq üzrə Xüsusi Nümayəndəsi Pramila Patten noyabrın 23-də Madriddə keçirilən sammitdə beynəlxalq ictimaiyyəti əfqan qadınları və qızları üçün ədalətin təmin edilməsi istiqamətində səyləri artırmağa çağırıb.
İspaniyanın “Barselona” futbol klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la qarşılaşmaq üçün Azərbaycana gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib. Görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik, nəqliyyat və enerji layihələri müzakirə olunub.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın