canlı Tramp APEC sammitində Putinlə üçtərəfli danışıqlardan öncə Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə...
Gürcüstanın Konstitusiya Məhkəməsi hakim “Gürcü Arzusu” partiyasının müraciəti əsasında beş müxalifət partiyasının qadağan edilməsi ilə bağlı işə baxmağa başlayıb. Məhkəmə dinləmələrinin ən azı oktyabrın 23-dək davam edəcəyi gözlənilir.
Batumi şəhərində yerləşən Konstitusiya Məhkəməsi “Gürcü Arzusu” partiyasından olan 88 deputatın qaldırdığı iddiaya baxır. Deputatlar beş müxalifət partiyasının Konstitusiyaya zidd elan edilməsini və dövlət qeydiyyatının ləğvini tələb edirlər.
Bunlar “Vahid Milli Hərəkat” (VMH), “Dəyişiklik naminə Koalisiya”, “Güclü Gürcüstan” (“Lelo”), “Federalistlər” və “Qaxariya Gürcüstan naminə” partiyalarıdır.
İddia əvvəlcə üç partiyaya qarşı qaldırılıb, daha sonra siyahıya daha iki partiya əlavə edilib. “Gürcü Arzusu” iddia edir ki, bu partiyaların ortaq məqsədi Gürcüstanın konstitusiya quruluşuna xələl gətirməkdir.
Hakim partiya müxalifət qüvvələrini 2016-cı ildən bəri seçilmiş hakimiyyət orqanlarının legitimliyini tanımamaqda ittiham edir. İddia ərizəsində həmçinin “Vahid Milli Hərəkat”ın 2004–2012-ci illərdə hakimiyyətdə olduğu dövrdə həbsxanalarda baş verdiyi iddia edilən qanun pozuntularına və 2008-ci ildə Rusiya ilə müharibəyə istinad olunur. Martda yaradılmış yeni müxalifət ittifaqı da iddiada qeyd edilir.
Sözügedən partiyalar seçicilərin əhəmiyyətli hissəsinin dəstəyini qazanıblar. Onlardan dördü 2024-cü il parlament seçkilərində ümumilikdə təxminən 785 min səs toplayıb. Bu, verilən səslərin 37,79 faizini təşkil edib.
Məhkəmənin ilk iclası gərgin mübahisələrlə müşayiət olunub. “Vahid Milli Hərəkat” (VMH) partiyası məhkəmənin hazırkı tərkibinin işə ədalətli və qərəzsiz baxa bilməyəcəyini əsas gətirərək yeddi hakimin hamısının prosesdən kənarlaşdırılmasını tələb edib. Partiya məhkəmə işinin hüquqi deyil, siyasi xarakter daşıdığını bildirib. Digər partiyalar da oxşar tələblər irəli sürüblər, lakin onların hamısı rədd edilib.
Müzakirələr getdikcə siyasi xarakter aldıqda məhkəmənin sədri Revaz Nadaraia müdaxilə edib. O bildirib ki, məhkəmə prosesi siyasi bəyanatlara deyil, hüquqi arqumentlərə əsaslanmalıdır. Nadaraianın sözlərinə görə, siyasi bəyanatların məhkəmədə “heç bir dəyəri yoxdur”.
“Azadlıq Meydanı” hərəkatının nümayəndəsi Levan Tsutskiridze hakimlərə birbaşa müraciət etdikdən sonra məhkəmə zalından çıxarılıb.
Hakimlər həbsdə olan keçmiş Prezident Mixeil Saakaşvilinin şahid qismində dindirilməsi barədə vəsatəti də rədd ediblər. Məhkəmə qərarını müxalifətin Saakaşvilinin ifadəsinin hansı faktları təsdiqləyə biləcəyini əsaslandıra bilməməsi ilə izah edib.
Məhkəmə prosesi davam edərkən “Azadlıq Meydanı” partiyası binanın qarşısında etiraz aksiyası təşkil edib. Aksiyada az sayda insan iştirak edib. Etiraz dinc şəraitdə keçib və hər hansı gərginlik qeydə alınmayıb.
İştirakçıların sayının az olması hakimiyyətin tənqidinə səbəb olub. Gürcüstanın Baş naziri İrakli Kobaxidze əvvəlcədən aksiyaya cəmi “20–30 nəfərin” qatılacağını proqnozlaşdırmışdı.
Kobaxidze iddia edib ki, iştirakçı sayının azlığı müxalifət partiyalarına ictimai dəstəyin azaldığını göstərir. O, həmin partiyaları “xarici agentlər şəbəkəsi” adlandırıb.
Müxalifət liderləri isə bu tənqidləri rədd ediblər. Onlar siyasi fəaliyyətlərini davam etdirmək hüququnu qorumaq uğrunda mübarizə apardıqlarını və aksiyada iştirak edənlərin sayının məhkəmə işinin ciddiliyini əks etdirmədiyini bildiriblər.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət partiyalarının qadağan edilməsi üçün qaldırılan məhkəmə iddiasını müdafiə edib. O, həmin partiyaları “mahiyyət etibarilə konstitusiyaya zidd” adlandırıb və onların qadağan edilməsinin ölkədə “sağlam siyasi mühitin” formalaşmasına kömək edəcəyini bildirib.
Kobaxidze həmçinin müxalifət liderlərini konstitusiya ədalət mühakiməsindən yayınmağa çalışmaqda ittiham edib.
Baş nazir bu açıqlamaları müxalifət nümayəndələrinin məhkəmə iclasından bir gün əvvəl Birləşmiş Krallıq, Almaniya və Fransa səfirləri ilə görüşündən sonra verib.
Kobaxidze həmin görüşü tənqid edərək müxalifət liderlərinin məhkəmədə öz mövqelərini müdafiə etmək əvəzinə, xarici diplomatları məlumatlandırmağa üstünlük verdiklərini iddia edib.
Xarici diplomatlarla görüşdə müxalifət liderləri Gürcüstanda demokratiyaya qarşı təhdidlərin artmasından narahat olduqlarını bildiriblər.
Onların sözlərinə görə, məhkəmə iddiası siyasi məqsəd daşıyır və bunun arxasında hakim “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili dayanır.
“Dəyişiklik naminə Koalisiya”nın nümayəndəsi Zurab Caparidze də Avropa İttifaqını (Aİ) Gürcüstandakı hadisələrə vahid və ardıcıl münasibət göstərməməkdə tənqid edib.
O bildirib ki, Qərb ölkələri sanksiyalar tətbiq edə bilər, lakin Aİ-nin Gürcüstanla bağlı hələ də aydın siyasəti yoxdur.
Caparidzenin fikrincə, müxalifət partiyalarının qadağan edilməsi Gürcüstanı demokratik dünyadan daha da uzaqlaşdıracaq və ölkənin beynəlxalq təcridini dərinləşdirəcək.
Müxalifət partiyalarının qadağan edilməsi ilə bağlı məhkəmə iddiası Avropa qurumlarının da tənqidinə səbəb olub.
Oktyabrın 8-də Avropa Parlamenti Gürcüstanda müxalifət partiyalarının qadağan edilməsi cəhdləri ilə bağlı qətnamə qəbul edib.
Avropa Şurasının Baş katibi Alen Berse xəbərdarlıq edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən, siyasi partiyanın ləğvi üçün ciddi və əsaslandırılmış səbəblər olmalıdır.
Avropa Şurasının Venesiya Komissiyası da 2025-ci ildə qəbul edilmiş və siyasi partiyaların qadağan edilməsi ilə bağlı işlərdə Konstitusiya Məhkəməsinin səlahiyyətlərini genişləndirən qanunvericilik dəyişikliklərini tənqid edib.
Gürcüstan hökuməti isə bu tənqidləri rədd edərək belə bəyanatları ölkənin məhkəmə prosesinə müdaxilə kimi qiymətləndirib.
Məhkəmə dinləmələrinin oktyabrın 22–23-də davam edəcəyi gözlənilir. Lakin yekun qərarın verilməsi bir neçə ay çəkə bilər.
Konstitusiya Məhkəməsi qərarını 24 iyun 2027-ci ilədək verməlidir.
Məhkəmə müxalifət partiyalarının qadağan edilməsi barədə tələbi təmin edərsə, bu, Gürcüstanın müasir tarixində müxalifət partiyalarının ən genişmiqyaslı qadağan edilməsi hallardan biri ola bilər. Belə bir qərar ölkənin siyasi həyatına ciddi təsir göstərə bilər.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağ hərəkatından imtina etdiyini bildirib. O, Azərbaycanla barışın davamlı olması üçün sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.
Pakistan və Türkmənistan əməkdaşlığın genişləndirilməsinə dair iki sənəd imzalayıb, turizm sahəsində anlaşma memorandumu isə mübadilə edilib. Tərəflər icrası uzun müddətdir gecikən TAPI qaz kəməri layihəsini, eləcə də regional nəqliyyat əlaqələrini müzakirə ediblər.
İran PUA-larla Küveytdəki ABŞ hərbi texnikasını hədəf aldığını iddia edib. Bu arada Oman Tehranla gərginliyi azaltmaq və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün diplomatik səylərini davam etdirir.
Ermənistan Rusiyanın erməni məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərə görə Avrasiya İqtisadi İttifaqının (Aİİ) Məhkəməsinə müraciət edə bilər. Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan noyabrın 18-də bildirib.
Azərbaycan və Almaniya enerji təhlükəsizliyi, ticarət və regional nəqliyyat sahələrində əməkdaşlığı daha da gücləndirmək niyyətlərini bildiriblər. Bakıda keçirilən yüksək səviyyəli danışıqlarda Almaniya Azərbaycanın Avropa üçün alternativ qaz təchizatçısı kimi əhəmiyyətinin artdığını vurğulayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın