Səudiyyə Ərəbistanı Yəməndə hərbi koalisiyanın komandanını dəyişib
Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı döyüşən hərbi koalisiyanın komandanını dəyişib. Qərar Ər-Riyadın dəstəklədiyi hökumət qüvvələrinin mühüm əraziləri itirməsi və İranın dəstəklədiyi husilərin ölkənin cənubundakı Ədən liman şəhərinə yaxınlaşması fonunda verilib.

