Silahsızlaşdırılmış zonada mina partlayışı: Seul Pxenyandan üzr tələb edir
Cənubi Koreya Silahsızlaşdırılmış Zonada (DMZ) mina partlayışı nəticəsində iki hərbçisinin ağır yaralanmasına görə Şimali Koreyadan rəsmi üzr tələb edir və müvafiq cavab tədbirləri hazırlayır. Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat katibi Çung Bin-na bildirib.

