canlı Tramp APEC sammitində Putinlə üçtərəfli danışıqlardan öncə Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə...
Çində hazırlanan yeni süni intellekt çipi şirkətin açıqladığı sınaq nəticələrinə görə, “Nvidia H200” ilə eyni səviyyədə performans göstərib. Bu nəticələr təsdiqlənərsə, Çinin xarici texnologiyalardan asılılığını azaltması istiqamətində mühüm addım ola bilər.
Çinin “Iluvatar CoreX” şirkətinin məlumatına görə, yeni “Tiangai 300” çipi bəzi sınaqlarda “Nvidia H200” ilə eyni, hətta daha yüksək nəticələr göstərib. H200 Çinə ixracına icazə verilən ən qabaqcıl “Nvidia” süni intellekt çipidir.
Şanxayda yerləşən şirkət oktyabrın 28-də yeni çipi Çinin yerli media nümayəndələrinə təqdim edib. Təqdimatda çipin mətn əsasında şəkil və video yaratmaq, eləcə də yüksək hesablama gücü tələb edən mürəkkəb süni intellekt tapşırıqlarını yerinə yetirmək imkanları nümayiş etdirilib.
Şirkətin açıqladığı sınaqlardan birində “Tiangai 300” şəkil yaratma tapşırıqlarının 100 faizini uğurla yerinə yetirərək saniyədə orta hesabla 0,101 şəkil yaradıb. “Nvidia H200” isə tapşırıqların 87,5 faizini yerinə yetirib və saniyədə 0,086 şəkil yaradıb. Bununla belə, Çin çipi həmin sınağı tamamlamağa 0,64 saniyə daha çox vaxt sərf edib.
Şirkətin iddiasına görə, “Tiangai 300” real istifadə şəraitində aparılan sınaqlarda H200 səviyyəsində nəticə göstərən ilk Çin istehsalı universal qrafik prosessorudur.
Şirkət yeni çipin “Nvidia H200”dən daha yüksək nəticələr göstərə biləcəyini bildirərək digər sınaqlara da istinad edib. “Iluvatar CoreX”in məlumatına görə, üçüncü tərəfin apardığı sınaqlarda bir “Tiangai 300” kartı müəyyən tapşırıqlarda emal gücü baxımından H200-ü 5 faiz üstələyib. Şirkətin başqa bir sınağında isə müəyyən süni intellekt hesablamalarında Çin çipinin 15 faiz daha yüksək performans göstərdiyi bildirilib.
ABŞ-nin qabaqcıl texnologiyaların ixracına tətbiq etdiyi məhdudiyyətlər fonunda bu müqayisə xüsusi əhəmiyyət daşıyır. H200 ABŞ-nin mövcud ixrac qaydalarına əsasən xüsusi icazə ilə Çinə ixracına yol verilən ən qabaqcıl “Nvidia” süni intellekt çipidir.
Uzun müddət davam edən təchizat məhdudiyyətlərindən sonra “Nvidia”nın H200 prosessorlarının Çinə göndərilməsinə başlanıb. Avqustda əlavə partiyaların Çinə çatdırıldığı barədə də məlumat yayılıb.
İxrac məhdudiyyətləri Çinin qabaqcıl çiplərə çıxışını çətinləşdirdiyindən ölkə yerli prosessorların hazırlanmasını sürətləndirib.
Şirkət daha qabaqcıl prosessorların hazırlanmasına da diqqət yetirir. “Iluvatar CoreX” qarşıdakı iki il ərzində “Nvidia”nın növbəti nəsil “Rubin” platforması ilə rəqabət apara biləcək prosessorlar hazırlamağı planlaşdırır. Honkonq birjasında səhmlərinin ticarətinə başlanmasından sonra şirkətə investorların marağı da artıb.
Şirkətin daha kiçikmiqyaslı süni intellekt tapşırıqları üçün hazırladığı “Tongyang TY1200” prosessorunun da böyük dil modelləri ilə bağlı müəyyən sınaqlarda “Nvidia”nın “Thor T5000” modelini 20 faiz üstələdiyi bildirilir.
Sınaq nəticələrinə baxmayaraq, Çin şirkətinin qarşısında ciddi çətinliklər qalır. “Nvidia”nın üstünlüyü təkcə avadanlıqla məhdudlaşmır. Proqram tərtibatçıları arasında geniş istifadə olunan CUDA platforması da şirkətə rəqabət üstünlüyü qazandırır.
Çin şirkətləri də güclü proqram təminatı ekosistemləri yaratmalı və qabaqcıl çipləri kütləvi şəkildə istehsal etmək imkanlarını sübut etməlidirlər.
Yeni çipin təqdimatı Çinin yerli süni intellekt sənayesini inkişaf etdirmək və qlobal istehsalçılarla rəqabət aparmaq səylərini əks etdirir.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Censen Huanın “Nvidia” şirkətinin baş direktoru vəzifəsinə qayıtmasını müsbət qarşılayar.
Cenevrədə keçirilən görüşdə avtonom silahların istifadəsinə hüquqi cəhətdən məcburi məhdudiyyətlərin tətbiqi ilə bağlı ölkələr arasında fikir ayrılığı yaranıb.
Süni intellekt gündəlik həyatın ayrılmaz hissəsinə çevrildikcə azsaylı insanların danışdığı dillərin texnoloji inkişafdan geri qalması riski artır. Dünyada təxminən dörd milyon insanın danışdığı gürcü dili də bu dillər arasındadır.
Çin kosmik texnologiyalarını xarici bazarlara çıxarır. Pekin Oman üçün süni intellektlə təchiz edilmiş 20 peykdən ibarət şəbəkənin yaradılmasına dair müqavilə imzalayıb.
Ekoloji təşkilatlar yanğınları izləmək, nəsli kəsilməkdə olan növləri qorumaq və iqlim məlumatlarını təhlil etmək üçün süni intellektdən daha çox istifadə edir. Texnologiyanın artan elektrik və su sərfi isə onun ətraf mühitə təsiri ilə bağlı narahatlıq doğurur.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın