İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
Səmərqənddə keçirilən C5+1 formatında nazirlər görüşündə ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
2015-ci ildə yaradılan C5+1 formatı ABŞ və Mərkəzi Asiyanın beş ölkəsini – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı birləşdirir. Format çərçivəsində ilk nazirlər görüşü həmin ilin noyabrında Səmərqənddə keçirilib.
Əvvəlcə əsas diqqət diplomatiya və təhlükəsizlik məsələlərinə yönəlsə də, sonradan əməkdaşlıq ticarət, investisiya, enerji və regional nəqliyyat sahələrini də əhatə edib.
Oktyabrın 19-da keçirilən görüşdə siyasi razılaşmaların konkret iqtisadi layihələr vasitəsilə həyata keçirilməsi əsas müzakirə mövzularından biri olub. ABŞ və Mərkəzi Asiya ölkələri Transxəzər Ticarət Marşrutunun inkişafı, nəqliyyat əlaqələrinin və gömrük prosedurlarının təkmilləşdirilməsi, sənaye əməkdaşlığının genişləndirilməsi, həmçinin kritik əhəmiyyətli mineralların daha yüksək əlavə dəyərlə emalının artırılması barədə razılığa gəliblər.
Vaşinqton Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlığı genişləndirməyə çalışır. ABŞ C5+1 formatından ayrı-ayrı ölkələrlə ikitərəfli danışıqlara əlavə olaraq, regional layihələrin əlaqələndirilməsi üçün əsas mexanizmlərdən biri kimi istifadə etməyi hədəfləyir.
İri kommersiya razılaşmaları C5+1 formatında nazirlər görüşü ilə paralel keçirilən Özbəkistan–ABŞ Biznes və İnvestisiya Şurasının ikinci iclasında açıqlanıb.
Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, ticarət, investisiya və texnologiya sahələrində 54 sazişdən ibarət paket imzalanıb. Sazişlərin həyata keçirilməsinə ümumilikdə təxminən 12 milyard dollar ayrılması nəzərdə tutulur.
Razılaşmalar nəqliyyat və enerji infrastrukturu, sənaye, kritik əhəmiyyətli minerallar, maliyyə, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrini əhatə edir.
Əməkdaşlıqda iştirak edən şirkətlər arasında dəmir yolu avadanlıqları və komponentlərin yerli istehsalına dəstək verməsi nəzərdə tutulan “Wabtec”, eləcə də “Franklin Templeton”, “Oppenheimer & Co.”, “Citigroup” və “BlackRock” kimi iri maliyyə qurumları var.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-də Qəzzada tənəffüs yolu infeksiyalarına yoluxma hallarının sürətlə artdığını bildirib. Güclü yağışlar nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı on minlərlə çadırı su basıb. ÜST vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə bağlı qüvvələr noyabrın 15-də strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarət etməyə imkan verən ərazidən geri çəkildiklərini açıqlayıblar. Nəticədə ərazi İranla əlaqəli husilərin nəzarətinə keçib.
Gürcüstanın ən böyük xizək kurortu olan Qudauri növbəti qış mövsümünə hazırlaşır. Yeni kanat yollarının çəkilməsi, əlavə xizək traslarının salınması və süni qar istehsalı üçün avadanlıqların quraşdırılması kurortun turistlər üçün cəlbediciliyini artıracaq.
Əfqanıstanın Təhsil Nazirliyi BMT-nin təhsilə çıxışla bağlı hesabatının ölkədəki vəziyyəti tam əks etdirmədiyini bildirib. Nazirliyin məlumatına görə, ölkədə 7,6 milyondan çox şagird məktəblərdə, 2,4 milyondan çox şagird isə mədrəsələrdə təhsil alır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bildirib ki, noyabrın 15-də husilərin Ər-Riyad istiqamətində buraxdığı iki ballistik raketin, eləcə də ölkənin Şərq vilayətində üç pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın