Zelenski: "Qısa fasilədən sonra Rusiyanın neft emalı zavodlarına zərbələr bərpa olunacaq"
Ukrayna Prezidenti Volodimir Zelenski ikigünlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına hücumların bərpa olunacağını bildirib. Bu bəyanat enerji infrastrukturuna endirilən zərbələr və ABŞ-nin hərbi dəstəyi ilə bağlı Kiyevlə Vaşinqton arasında artan gərginlik fonunda verilib.

