SEPAH ABŞ gəmiləri və neft tankerlərinə hücum edib
SEPAH İranın beş tankerinə hücuma cavab olaraq Fars körfəzində ABŞ-yə məxsus iki gəmiyə və səkkiz neft tankerinə zərbə endirdiyini iddia edib.
SEPAH İranın beş tankerinə hücuma cavab olaraq Fars körfəzində ABŞ-yə məxsus iki gəmiyə və səkkiz neft tankerinə zərbə endirdiyini iddia edib.
Şimali Koreya lideri Kim Çen In bildirib ki, yeni istifadəyə verilən esmines ölkənin nüvə cavab imkanlarının bir hissəsi olacaq. Onun sözlərinə görə, gəmi dağıdıcı cavab zərbələri endirmək imkanına malik olacaq.
Tramp administrasiyasının yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, Çininə məxsus iri gəmiçilik şirkəti COSCO bəzi gəmilərində gizlədilmiş avadanlıqlardan istifadə edərək ABŞ da daxil olmaqla, bir sıra ölkələrin sahilləri yaxınlığında hərbi kommunikasiyalarla bağlı kəşfiyyat məlumatları toplayıb.
Anakliya Dərin Dəniz Limanında tikinti işləri sürətlənib. “Al-Idrisi” adlı ikinci dibdərinləşdirmə gəmisi liman ərazisinə çataraq tikinti işlərinə cəlb olunan “Tristao Da Cunha” gəmisinə qoşulub.
Son məlumatlara görə, Hörmüz boğazının açılması ətrafındakı qeyri-müəyyənlik gəmi sahiblərini çəkindirdiyi üçün daşımalar səngiyib. Çərşənbə axşamı boğazdan cəmi 6 yük gəmisi keçib. Bu, həm əvvəlki gün (9), həm də 10 günlük orta göstəricidən (11) azdır.
Hörmüz boğazından gəmi keçidləri həftəsonu demək olar ki, dayanıb. Şənbə günü boğazdan beş yük gəmisi keçib, bazar günü isə heç bir gəmi keçməyib. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, gəmi hərəkətinin bərpası üçün Vaşinqton Tehranın şərtlərini yerinə yetirməlidir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 29-u səhər ölkənin cənub sularında üç tankeri hədəf aldığını və saxladığını bildirib. Qurum, həmçinin İordaniyadakı iki ABŞ bazasına ballistik raket zərbəsi endirdiyini açıqlayıb.
İranın Xarici İşlər naziri Abbas Əraqçi şənbə günü Xəzər dənizində İranın ticarət gəmisinə Ukrayna tərəfindən edilən və bir dənizçinin ölümü ilə nəticələnən hücumdan sonra cavab tədbirləri görüləcəyi barədə xəbərdarlıq edib.
Çin mübahisəli Skarboro rifi yaxınlığında Filippinə məxsus iki gəmini izlədiyini və ərazidən çıxmağa məcbur etdiyini bildirib. Hadisə Cənubi Çin dənizində iki ölkə arasında son dövrlərdə artan gərginliyin növbəti nümunəsi kimi qiymətləndirilir.
Yəmənin bir hissəsinə nəzarət edən husilər Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə hücum ediblər. Hərbi əməliyyat “Encelia” və “Layla” adlı gəmilərə qarşı həyata keçirilib.
İyulun 18-də Qayanada 133 nəfəri daşıyan bərə çevrilib. Hadisə nəticəsində onlarla insanın həlak olduğu ehtimal edilir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.