“Dujuan” tayfunu Yaponiyada 4 nəfərin ölümünə səbəb olub
Yaponiyanın Sakit okean sahillərində “Dujuan” tayfununun gətirdiyi leysan yağışları torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. NHK-nın 22 sentyabrda yaydığı məlumata görə, təbii fəlakət nəticəsində dörd nəfər ölüb, altı nəfər itkin düşüb.

