İndoneziyada sərnişin gəmisi Yava dənizində batıb, 130 nəfər itkin sayılır
İndoneziyalı xilasedicilər pis hava şəraitinə baxmayaraq, Yava dənizində batan gəmidə olan 130 nəfərin axtarışını davam etdirirlər. Ölkənin axtarış-xilasetmə agentliyinin məlumatına görə, gəmidə ümumilikdə 243 nəfər olub.

